Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

01 Noyabr

2013
16:01
Bakıda halal kolbasa istehsalçısının haram əməlləri

Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən Bakı şəhəri, Xətai rayonu, Əhmədli prospekti, 2245-ci məhəllədə yerləşən fiziki şəxs Tahirov Malik Ağaşirin oğluna məxsus istehsalat sahəsində aparılan yoxlama zamanı kolbasa və sosislərin istehsalında bir sıra qanun pozuntuları aşkar edilib.

İqtisadiyyat və Sənaye Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, belə ki, normativ-texniki sənədlərin tələblərinə əsasən halal məhsulların istehsalında istifadə olunan avadanlıqlar, vasitələr və istehsal xətləri yalnız halal qida üçün istifadə oluna bilər. Lakin yoxlama zamanı müəssisədə "Ocaq" və "İveriya" adlı "Halal" sosislərin tərkibində donuz piyi olan məhsulların istehsalında istifadə edilmiş avadanlıqlarda istehsal olunduğu müəyyən edilib.

Bundan başqa, istehsal olunan məhsulların markalanmasında digər təsərrüfat subyektinə məxsus "Best Beef" əmtəə nişanından qanunsuz istifadə edildiyi müəyyən olunub.

Eyni zamanda, məhsulların istehsalında camış ətindən istifadə edildiyi halda, etiketlərdə bu barədə məlumat verilmədiyi, məhsulun tərkibi, saxlanma şəraiti, enerji və qida dəyəri barədə düzgün olmayan məlumatlar verildiyi, habelə kolbasa və sosislərin texnoloji təlimat olmadan istehsal olunduğu aşkar edilib.

Araşdırma davam etdirilir.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Ötən gün yol qəzalarında 3 nəfər ölüb

12

May
12:22
HÜQUQ,HADİSƏ
190

Bu gün Ramazan ayının sonuncu günüdür

12

May
09:53
MƏNƏVİYYAT
296
Şərhlər
Hacı Həsən tərəfindən 01-11-2013 14:39:48 tarixində yazıldı
Allah bəlasını versin
Yerin dibinə batsın belə müsəlman.Bəlasını çəkər inşəAllah.
ELMAR XANKIWIYEV tərəfindən 02-11-2013 06:32:58 tarixində yazıldı
313
YAXWILARDAN HEMISE PISLER COX OLUB,,HEYVANNAN ALCAQ INSANLAR
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


12-05-2021 15:51





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru