Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

05 Sentyabr

2013
14:23
Vüqar Bayramov Beynəlxalq Foruma sədrlik edəcək
3000 iştirakçının qatıldığı forumda dövlət rəsmilləri və millət vəkilləri məruzə edirlər

İqtisadi və Sosial İnkişaf Mərkəzi (İSİM) məşhur Krinisa İqtisadi Forum çərçivəsində Polşada «Avropa Birliyi – Xəzər Dənizi arasında Əməkdaşlıq: Neft və Qaz Əməkdaşlığından başqa nə? forumu təşkil edir. İqtisadi forum Polşanın Krinisa şəhərində bu il sentyabrın 3-dən 6-dək təşkil edilir. Forum rəsmi tərəfdaşı olan İSİM Avropa Birliyi ilə Xəzəryanı ölkələrin mövcud münasibətlırini qiymətləndirmək və inkişaf istiqamətlərini müəyyənləşdirmək üçün xüsusi forum təşkil edir.

FaktXəbər-in məlumatına görə, Vüqar Bayramovun sədrlik etdiyi forumda Polşa Baş Nazirinin müavini Andrzej Dicka, Qazaxıstan Xarici İşlər Nazirinin birinci müavini Rapil Zhoshybayev, Azərbaycan Milli Məclisinin üzvü Rasim Musabəyov, İran Parlamentinin üzvü Mehdi Səneyi, Türkiyə Böyük Millət Məclisinin üzvü Sinan Oğan, Moldovanin Demokartik Hərəkat Partiyasının sədri Mihai Godea, Polşanın Petrolivnest Şirkətinin Prezidenti Bertrand Le Guere və o cümlədən Rusiya, Türkmənistan və bir sıra beynəlxalq təşkilatların nümayəndələri çıxış edəcəklər.

İqtisadçı alim bildirib ki, forumun məqsədi Avropa və qlobal arenanın Xəzər dənizinə sadəcə neft mənbəyi kimi ənənəvi baxışlarının dəyişdirilməsinə nail olmaqdır. Gömrük İttifaqının regionda gündəmə gəlməsi fondunda Avropa Birliyi ilə Xəzəryanı ölkələrin münasibətləri artıq yeni müstəviyə daxil olub. Regiona təsir uğrunda tərəflərin mübarizəsi artıq daha aydın görünür.

Forumda dünyanın 100-dən çox ölkəsindən 3 minə yaxın nümayəndə iştirak edəcək.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Azərbaycan nefti ucuzlaşıb

11

May
10:12
İQTİSADİYYAT
455

Azərbaycana qar yağıb

11

May
09:22
BÖLMƏNİ DÜZ SEÇ!
472

Yoluxanların sayı azaldı

10

May
17:06
ÖLKƏ
588

Prezident Putinlə telefonla danışdı

10

May
15:41
SİYASƏT
640
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


12-05-2021 00:30





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru