Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

17 Aprel

2013
14:39
Azərbaycanda yeni yol çəkilir
Hacıqabul - Bəhrəmtəpə yolu yenidən qurulur

“Azəryolservis” ASC-dən FaktXəbər-ə verilən məlumata görə, Hacıqabul - Bəhrəmtəpə yolu yenidən qurulur. Yolun ümumi uzunluğu 112,5 km-dir. İkinci texniki dərəcəli iki hərəkət zolaqlı yolda 5 heyvan keçidi, 1 yerüstü piyada keçidi, 11 yeni körpünün, 187 ədəd müxtəlif diamertli borunun tikintisi və 1 körpünün əsaslı təmiri nəzərdə tutulub.

Sözügedən yolun Hacıqabul - Bulaqlı hissəsində ikiqat asfalt - beton örtük vurulub, Bulaqlı - Bəhrəmtəpə hissəsinin 20 km-də isə torpaq işləri və ikiqat asfalt - beton örtüyünün vurulması başa çatdırılıb. Demək olar ki, layihə üzrə işlərin 60 faizi yerinə yetirilib. Layihənin bir hissəsinin 2013-cü ildə, ümumilikdə isə 2014-cü ildə istismara verilməsi planlaşdırılır.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Ötən gün yol qəzalarında 3 nəfər ölüb

12

May
12:22
HÜQUQ,HADİSƏ
311

Bu gün Ramazan ayının sonuncu günüdür

12

May
09:53
MƏNƏVİYYAT
461
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


13-05-2021 03:56





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru