Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

01 Aprel

2013
15:11
Patriot Raket Komplekslərinin quraşdırılması İstambula hərbi zərbə ilə nəticələnə bilər

Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanın xahişi ilə ölkəyə quraşdırılan Patrion raket kompleksləri İstabmula qarşı hərbi zərbə ilə nəticələnə bilər. FaktXəbər-in verdiyi məlumata görə, bu barədə Türkiyə Səadət Partiyasının Ali Konsultasiya Şurasının sədri Oğuzhan Asiltürk bəyan edib. Qeyd edək ki, Asiltürk əvvəl Ərdoğan hökumətində nazir vəzifəsində olsa da, Suriya məsələsində onun siyasətini kəskin tənqid edir.

O, ABŞ  və Ərdoğan hökumətinin Suriya Ərəb Respublikasında münaqişəni  daha da qızışdırdığını və daha böyük qantökülməyə səbəb olduğunu deyib.

Asiltürk bəyan edib ki, Qərb ölkələri «Böyük Yaxın Şərq» layihəsinin  həyata keçməsi üçün Ərdoğana öhdəlik qoyulub: «Türkiyə sionizmin nəzarəti altında olan hərbi qüvvə və  öldürücü maşın NATO-nun, həmçinin ABŞ-ın maraqları sferasında davranır».

Siyasətçinin sözlərinə görə, ABŞ və Türkiyə hökuməti münaqişəni daha da qızışdırır, suriyalılar arasında ayrıseçkilik yaradır, Suriyada İraq və Liviya səhnəsi yaratmaq istəyir.

Qeyd edək ki, Suriyaya hücumun əsas səbəblərindən biri  onun coğrafi  vəziyyətidir. Türkiyə Qərbi Suriyaya hücum eləməyə təhrik edir, çünki Türkiyə özü Rusiya və Çinin təzyiqinə görə qarışa bilmir.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Prezident Xalq artistinə mənzil verdi

17

Sentyabr
16:45
ÖLKƏ
172

Türkiyə ilk yerli peykini kosmosa buraxacaq

17

Sentyabr
15:25
DÜNYA
185

Putin: "ABŞ Əfqanıstandan qaçıb"

17

Sentyabr
12:40
DÜNYA
215

Bakı metrosunda yenilik

17

Sentyabr
10:32
NƏQLİYYAT
354
Şərhlər
qasım kişi tərəfindən 01-04-2013 14:59:56 tarixində yazıldı
neynək
türkiyə elə zənn edir ki,iraqı işğal edib böldülərsə də ,suriyanı da iraq kimi böləcəklərsə də TÜRKİYƏdən yan keçdi.amma anlaya bilmirki bu akp hökuməti,sonra növbə Türkiyənindi.bir az zaman alacaq.Nə kitabına görə(QURANİ KƏRİM),nə də ki tarixin verdiyi dərslərdən ibrət alıb bu QƏRDEŞLƏRİMİZ.Əsgərinin başına torba da keçirdilər,bunlara tövbə olmadı.qardaş,QARADAŞ olma!AĞILLAN də.Elə PKKnın Avropa ölkələri tərəfindən HAZIRLANMASI SİZİN BAŞINIZA 30-ildən çox müddətdə BƏLA olması, sizə DƏRS OLMADIMI? Siz bilirsiniz!axı SİZ böyük Abisiniz, "SİZƏ dərs vermək olmaz,AXI DƏRSİ SİZ verirsiniz.
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


18-09-2021 01:47





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru