Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

02 Noyabr

2011
10:27
KOLBASASEVƏRLƏRƏ BƏD XƏBƏR!
Mağazaların vitrinini bəzəyən müxtəlif çeşidli kolbasalar haqda nə bilirik? Seçimin çox olmasına baxmayaraq, heç də hamının onu yeməsi vacib deyil

Texnologiyanın inkişafı isə kolbasa məhsulunun tərkibinə heç də yüksək keyfiyyət gətirməyib. Azərbaycan Kulinariya Mərkəzinin rəhbəri Tahir Əmiraslanov Milli.Az xəbər portalına açıqlamasında bildirdi ki, texnologiyanın inkişafı bu gün kolbasaların tərkibinə də öz təsirini göstərib. Onun sözlərinə görə, dünyanın bir sıra ölkələrində kolbasa ətdən hazırlanmır: “Bu gün Rusiyada bir qram da kolbasa və farş məhsullarında təbii ət yoxdur. Hələ 1989-cu ildə SSRİ-də 1 milyon ton süni ət hazırlanırdı. Quş peyinini hidroliz edib, bundan ət alırdılar. Biz heyvana ot veririk, heyvan da onu həzm edib, müəyyən hissəsini ətə çevirir. Burada isə peyindən birbaşa ət alınmasından söhbət gedir. Aparılan proses zamanı peyinin böyük hissəsi zülala çevrilir və ona rəng vuraraq kolbasa düzəldirlər. Yaponiyada insan peyinindən kolbasa hazırlanır ki, mal ətinin dadını verir”.


T.Əmiraslanov qeyd etdi ki, Azərbaycanda bu gün halal kolbasa yoxdur: “İnandırıcı deyil ki, kolbasa istehsalçıları 8-10 manata ət alıb, 12 manata satsınlar. Biz insanlara düzünü deməliyik ki, seçim edə bilsinlər. Ancaq onu deyə bilərəm ki, texnologiya yolu ilə hazırlanmış məhsullar geni dəyişdirilmiş ərzaqdan daha təbiidir. Azərbaycanda qida institutları olmadığından, bu məsələlər araşdırılmır”.

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynovun sözlərinə görə, kolbasaların süni ətdən hazırlanması faktları düzgündür. Birlik sədri hesab edir ki, texnologiya nə qədər zəifdirsə, mal o qədər təbiidir.

E.Hüseynov məsləhət görür ki, istehlakçılar yerli mala üstünlük versinlər: “Təəssüf ki, insanlar Rusiyadan gətirilən kolbasalara üstünlük verirlər. Həmin məhsulların tərkibinə arzuolunmaz kimyəvi məhsullar vururlar. Azərbaycanda kolbasaların tərkibinə süni ət qarışdırılmır, amma xeyli sayda inqredientlər vurulur. Hətta heyvanların süd vəzisi, yelini, dili, başı qarışdırıla bilər. Ümumiyyətlə, kolbasa istehlakçılar üçün arzuolunan qida olmasa da, yerli mal, gətirilənlərdən daha üstündür”.

Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin qidalanma gigiyenası bölməsinin müdiri İmran Abdullayev isə kolbasanın ətdən deyil, başqa bir xammaldan hazırlanması kimi məlumatlar məlum deyil. Onun sözlərinə görə, Gigiyena və Epidemiologiya Mərkəzi tərəfindən kolbasanın yalnız təhlükəsizlik göstəriciləri araşdırılır. Son zamanlar yerli kolbasalarda neqativ hallar aşkarlanmayıb.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Ötən gün yol qəzalarında 3 nəfər ölüb

12

May
12:22
HÜQUQ,HADİSƏ
386

Bu gün Ramazan ayının sonuncu günüdür

12

May
09:53
MƏNƏVİYYAT
541
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


13-05-2021 10:01





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru