Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

08 Dekabr

2012
09:40
Narkotik qaçaqmalçılığı ilə məşğul olan cinayətkar qrup zərərsizləşdirilib

Dövlət Gömrük Komitəsindən FaktXeber.com-a verilən məlumata görə, TK-335 saylı Bakı-İstanbul aviareysi ilə uçmaq üçün Heydər Əliyev Beynəlxalq Hava Limanına gəlmiş Bağırov Əfqan İlham oğlu Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin 1-ci sərnişin şöbəsində gömrük nəzarətindən keçdikdən sonra saxlanılmış, ona məxsus üzərində “Summit” yazısı olan qara rəngli çamadana gömrük əməkdaşları tərəfindən baxış keçirilmişdir. Gömrük baxışı zamanı  malların aşkar edilməsini çətinləşdirən üsullardan istifadə etməklə astarın altından çamadanın yan divarlarına bərkidilmiş və üzəri boz rəngli yapışqanlı izolyasiya lenti ilə sarınmış şəffaf plastik lövhənin kanallarındakı boşluqlara doldurulmuş külli miqdarda, xalis çəkisi 2295,7 qram olan metamfetamin psixotrop maddəsi aşkarlanaraq götürülmüşdür.

Faktla bağlı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə DGK İstintaq İdarəsində cinayət işi başlanmışdır.

Aparılmış istintaqla müəyyən edilmişdir ki, Hüseynov Elnur Elxan oğlu  İran İslam Respublikasında şəxsiyyətləri müəyyən edilməmiş şəxslərlə satış məqsədi ilə qanunsuz olaraq psixotrop maddələri külli miqdarda əldə etmə,saxlama, daşıma və qaçaqmalçılıq yolu ilə, gömrük nəzarətindən gizli Azərbaycan Respublikasının gömrük sərhədindən tranzit qaydada keçirməklə İran İslam Respublikasından Tailand və Malayziya Krallıqlarına göndərmə cinayətlərini törətmək üçün sabit cinayətkar qrup - mütəşəkkil dəstə yaratmış, cinayətlərin törədilməsini planlaşdırmış, cinayətlərin edilməsi üçün dəstəyə digər iştirakçılar, o cümlədən Cabbarzadə Yeganə Əlişah qızını, Bağırov Əfqan İlham oğlunu və Rzayev Bayram Nadir oğlunu cəlb edərək onları təlimatlandırmış, iştirakçıların fəaliyyətlərini əlaqələndirmiş, cinayətlərin törədilməsi prosesində meydana çıxan məsələlərlə əlaqədar iştirakçılara göstərişlər vermiş, cinayətlərin icraçılarına haqq ödənilməsi və cinayətkar fəaliyyət üçün zəruri pul vəsaitlərinin əldə edilməsini təşkil etmiş və beləliklə planlaşdırdıqları cinayətlərin törədilməsinə rəhbərlik etmişdir.

Belə ki, Elnur Hüseynov həmin məqsədlə Tehran şəhərində külli miqdarda, 2295,7 qram metamfetamin psixotrop maddəsini alıb cinayətkar fəaliyyətə cəlb etdiyi Cabbarzadə Yeganə Əlişah qızına vermiş, Yeganə Cabbarzadə qeyd edilən miqdarda psixotrop maddəni E.Hüseynovdan qəbul edib həmin gün Tehran-Astara avtobusu ilə İran Astarasına, oradan da Azərbaycan Respublikasının gömrük sərhədindən, gömrük nəzarətindən gizli, qaçaqmalçılıq yolu ilə keçirməklə Astara şəhərində onu qarşılamış cinayətkar qrupun digər üzvü Rzayev Bayram Nadir oğlunun idarə etdiyi “Mercedes Benz” markalı, 90 BD 671 dövlət nömrə nişanlı avomobilin yük yerində Bakı şəhərinə daşımış və Bakı şəhərində B.Rzayevə təhvil vermiş, Bayram Rzayev içərisində külli miqdarda psixotrop maddə gizlədilmiş həmin çamadanı Y.Cabbarzadədən qəbul edib Elnur Hüseynovun tapşırığına əsasən cinayətkar qrupun başqa bir üzvü Bağırov Əfqan İlham oğlu ilə görüşüb Tailand Krallığına daşıması üçün çamadanı vermiş və sonuncunu içərisində külli miqdarda psixotrop maddə gizlədilmiş həmin çamadanla birlikdə idarə etdiyi avtomobillə Heydər Əliyev Beynəlxalq Hava Limanına gətirib yola salmış, Ə.Bağırov isə külli miqdarda psixotrop maddəni B.Rzayevdən qəbul edib TK-335 saylı Bakı-İstanbul aviareysi ilə tranzit qaydada Türkiyə Respublikasına, oradan da Tailand Krallığına daşımaq üçün Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin 1-ci sərnişin şöbəsində Azərbaycan Respublikasının gömrük  sərhədindən gömrük nəzarətindən gizli, qaçaqmalçılıq yolu ilə keçirməyə cəhd etmişdir.

Cinayət işi üzrə Cabbarzadə Yeganə Əlişah qızı, Rzayev Bayram Nadir oğlu və Bağırov Əfqan İlham oğlu Azərbaycan Respublikası CM-nin 206.4, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək məhkəmə məsuliyyətinə verilmiş, cinayətlərin təşkilatçısı Hüseynov Elnur Elxan oğlu isə Azərbaycan Respublikası CM-nin 206.4, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində həbsli axtarış elan olunmuşdur.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən Cabbarzadə Yeganə Əlişah qızı, Rzayev Bayram Nadir oğlu və Bağırov Əfqan İlham oğlu Azərbaycan Respublikası CM-nin 206.4, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinərək hər biri 11 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişlər.

Cinayət işinin istintaqı zamanı qrupun cinayətkar fəaliyyəti ilə bağlı həmçinin 4 nəfər Azərbaycan Respublikası vətəndaşının -Quliyev Ruslan Xanqulu oğlunun, Abdullayev Nəbi Yaşar oğlunun, Ələkbərov Niyammədin Xanlar oğlunun və  İsmayılova İradə Namid qızının psixotrop maddələrin qaçaqmalçılığı ilə bağlı Malayziyada, digər Azərbaycan Respublikası vətəndaşının - Məmmədov Rəşad Kamal oğlunun Birləşmiş Ərəb Əmirliklərində saxlanıldığı müəyyən edilmişdir.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Paşinyan Batumidə “yoxa çıxdı”

18

Sentyabr
14:07
DÜNYA
419

Şuşada Milli Musiqi Günü keçirilir

18

Sentyabr
13:22
ÖLKƏ
357

Azərbaycan neftinin qiyməti artıb

18

Sentyabr
12:57
DÜNYA
351

Kabildə güclü partlayış, yaralılar var

18

Sentyabr
12:40
DÜNYA
370

Rusiyanın hərbi gəmiləri Bakıya gəlib - FOTO

18

Sentyabr
12:27
BÖLMƏNİ DÜZ SEÇ!
363

İrana 58 milyon doz peyvənd gətirilib

18

Sentyabr
11:37
DÜNYA
483

Dünya bazarında neft qiymətləri aşağı düşüb

18

Sentyabr
10:28
İQTİSADİYYAT
481

Azərbaycanda Milli Musiqi Günü qeyd olunur

18

Sentyabr
10:11
ÖLKƏ
474

Türkiyə ilk yerli peykini kosmosa buraxacaq

17

Sentyabr
15:25
DÜNYA
547
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


20-09-2021 05:14





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru