Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

07 Noyabr

2012
11:04
Azərbaycan-İtaliya hərbi sazişi imzalanıb
İtaliyada rəsmi səfərdə olan Azərbaycanın müdafiə naziri general-polkovnik Səfər Əbiyevin dünən axşam saatlarında rəsmi qarşılanma mərasimi keçirilib

Müdafiə Nazirliyinin mətbuat xidmətindən FaktXeber.com-a verilən məlumata görə, nazir Səfər Əbiyevin əvvəlcə bu ölkənin müdafiə naziri admiral Campaola Di Paola ilə əvvəlcə təkbətək, sonra isə geniş tərkibli görüşü olub.

Görüşdə Azərbaycanla İtaliya respublikaları arasındakı müxtəlif istiqamətli dostluq əlaqələri müzakirə olunub və hər iki nazir hərbi əməkdaşlıq məsələlərinin inkişafının vacibliyini önə çəkiblər.

İyirmi ildir Azərbaycan torpaqlarının erməni işğalı altında olduğunu, nəticədə bir milyon insanın öz yurd-yuvasından qaçqın düşdüyünü və BMT Təhlükəsizlik Şurasının çıxardığı 4 qətnamənin həyata keçirilmədiyini diqqətə çatdıran S.Əbiyev bildirib ki, münaqişənin sülh yolu ilə həll edilməsində ATƏT-in Minsk Qrupunun fəaliyyəti nəticə vermir. Ona görə də biz bu məsələnin üzərində ciddi düşünürük. Azərbaycan öz ərazilərini işğaldan azad etmək üçün nə lazımdırsa edəcək.

Görüşün sonunda İtaliya Respublikası ilə Azərbaycan Respublikası arasında müdafiə sahəsində əməkdaşlıq haqqında saziş imzalanıb.

Bu gün müdafiə naziri Səfər Əbiyev müdafiə sənayesi obyektlərinə baş çəkəcək və İtaliya istehsalı olan silah və texnika ilə tanış olacaq.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Sabaha olan hava proqnozu açıqlanıb

14

İyun
13:33
ÖLKƏ
199

Kolleclərə qəbul elan edilib

14

İyun
12:22
ELM / TƏHSİL
509
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


14-06-2021 19:00





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru