Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

15 Aprel

2010
10:25
Nalbandyan: `Ermənistan heç vaxt güzəştə getməz`
"Sərkisyan-Ərdoğan görüşündə Türkiyə tərəfi Dağlıq Qarabağ mövzusunu müzakirə etməyə cəhd göstərsə də, cavabımız əvvəlki kimi oldu"


“Türkiyə-Ermənistan münasibətlərinin nizamlanmasını Dağlıq Qarabağ münaqişəsi ilə əlaqələndirmək olmaz”. APA-nın məlumatına görə, bu fikirləri mətbuata açıqlamasında Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan söyləyib: “Prezident Serj Sərkisyanla Türkiyənin baş naziri Rəcəb Tayyip Ərdoğanın görüşündə Türkiyə tərəfi Dağlıq Qarabağ mövzusunu müzakirə etməyə cəhd göstərdi. Lakin cavab əvvəlki kimi oldu – Türkiyə-Ermənistan münasibətlərinin nizamlanmasını Qarabağ məsələsi ilə əlaqələndirmək olmaz. Mən bu məsələni Türkiyə tərəfi ilə müzakirə etməyə səbəb görmürəm”.


Edvard Nalbandyan bildirib ki, Türkiyə Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında vasitəçi ola bilməz: “Bundan başqa Ermənistan heç vaxt Türkiyə-Ermənistan prosesi naminə Qarabağ məsələsində güzəştə getməz. Bu iki prosesin əlaqələndirilməsi hər iki prosesə zərbə vurur. Bu, ATƏT-in Minsk Qrupu həmsədrlərinin də mövqeyidir”.


XİN başçısı qeyd edib ki, Sərkisyan-Ərdoğan görüşü erməni tərəfində Türkiyənin mövqeyini daha dəqiq anlamağa imkan verib: “Bundan başqa biz növbəti dəfə əmin olduq ki, Ermənistan-Türkiyə münasibətlərinə verdiyimiz qiymət düzgündür. Həmçinin növbəti addımlar və yanaşmalar ilə bağlı təsəvvürlərimiz də möhkəmləndi. Bununla bağlı müvafiq qərarın qəbulu üçün zərurət yarananda prezident ictimaiyyəti məlumatlandıracaq”.


Nalbandyan bildirib ki, əgər Türkiyə yaxınlaşma prosesinin iflasa uğramasını istəmirsə, protokolları ratifikasiya etmək niyyətini dərhal nümayiş etdirməli və münasibətləri nizamlamağa başlamalıdır.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Müdafiə Nazirliyi açıqlama yaydı

24

Sentyabr
15:38
HƏRB
1171
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


27-09-2021 07:31





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru