Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

13 Aprel

2010
19:02
Türkiyədə erməni dili tədris olunacaq
Müvafiq proqrama gələn ildən Ankara universitetində start veriləcək

Türkiyənin ali təhsil müəssisələrində erməni dili tədris olunacaq. Türkiyə kütləvi informasiya vasitələrinin verdiyi məlumata görə, Türkiyə Təhsil Nazirliyinin qərarı ilə Ankara universitetində erməni dili dərslərinə başlanılacaq. Erməni dili proqramına növbəti ildən start veriləcək.

Quruma üzv olan professor Durmuş Günay bildirib ki, müvafiq məsələ ilə bağlı onlara çoxsaylı məktublar daxil olur. Türkiyəli professor eyni zamanda qeyd edib ki, ölkədə erməni dilini bilən az insan var və məhz bu səbəbdən erməni dilinə mükəmməl sahib olan şəxslər axtarılır. Durmuş Günay Türkiyə universitetlərinin artıq xaricə nüfuz etdiklərini və bundan 20-30 il öncəki universitet anlayışının çox dəyişdiyini vurğulayıb. Onun sözlərinə görə, artıq qloballaşma prosesi gedir və bu anlamda bütün dillərdə təhsil almış savadlı insanlara ehtiyac var. ans

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Müdafiə Nazirliyi açıqlama yaydı

24

Sentyabr
15:38
HƏRB
1186
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


27-09-2021 08:26





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru