Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

28 Fevral

2017
10:04
2169
Yutub portalında gün ərzində 1 milyard saatlıq videoya baxılır

Yutub (YouTube) kompaniyasının texniki məsələlər üzrə vitse-prezidenti Kristos Qudrou bildirib ki, portalda gün ərzində onlayn rejimdə videolara baxış 1 milyard saata çatıb.

 "Biz səyahətimizdə vacib mərhələyə çatmışıq. Artıq bütün dünyada insanlar gün ərzində YouTube-da 1 milyard saatlıq videoya baxırlar", - deyə Qudrou öz bloqunda yazıb. "Əgər siz YouTube-da 1 milyard saatlıq videoya baxsanız, bunun üçün sizə 100 min il lazım gələrdir", - şirkətin rəsmisi əlavə edib.

FaktXəbər-in məlumatına görə, YouTube video portalı 2015-ci ilin oktyabrında Google korporasiyasına qoşulan Alphabet holdinqinə məxsusdur.   

Google-nin yaradıcısı Larri Peyc və Sergey Brin əvvəllər Alphabet prezidenti və baş direktoru vəzifəsini tutublar.

Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


19-06-2018 12:26



  (+994 70) 870-47-49       (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com