21-04-2017 tarixində əlavə olundu
Evo Morales: ABŞ Venesuela neftini oğurlamaq istəyir
942



FaktXəbər-in verdiyi məlumata görə, Boliviya prezidenti Evo Morales Venesuelada baş verən kütləvi etirazlara münasibət bildirib. O, deyib ki, ölkədə qeydə alınan daxili qarşıdurmalar və xarici müdaxilə cəhdləri ABŞ-ın Venesuela neftini oğurlamaq istəyini ortaya qoyub.

Venesuelada müxalifətinin aksiyalarını tənqid edən Boliviya prezidenti etirazların beynəlxalq qüvvələrin ölkənin nefini özəlləşdirməsinə xidmət etdiyini söyləyib: "İmperializmin planı Venesuela tərəfindən seçilmiş konstitusiya prezidentini devirməkdir. Bu, bütün anti-imperialist hökumətlərə bir xəbərdarlıq olmalıdır".

http://faktxeber.com/evo-morales--ab-venesuela-neftini-ourlamaq-istyir_h495735.html