21-04-2017 tarixində əlavə olundu
Rusiyada FTB-nin qəbul şöbəsinə silahlı basqın: 3 ölü - VİDEO
936



Rusiyanın Xabarovsk  şəhəri üzrə Federal Təhlükəsizlik Bürosunun qəbul otağına hücum həyata keçirən şəxsin kimliyi müəyyənləşib. FaktXeber.com-un RİA Novosti-yə istinadla məlumatına görə, silahlı şəxs neonasist qrupun üzvü olub.

«Bu 1999-cu il təvəllüdlü Xabarovsk sakini  Konev A.V.-dir. Onun neonasist qruplaşma üzvü olduğu barədə məlumatlar var», - deyə Rusiya FTB-nin ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib.

Qeyd edək ki, hadisə nəticəsində FTB əməkdaşından əlavə, yaralanan ziyarətçi də həlak olub.

***

FaktXeber.com-un verdiyi məlumata görə, Rusiyanın Xabarovsk şəhərində Federal  Təhlükəsizlik Bürosunun qəbul otağında  naməlum şəxs  ziyarətçiləri və əməkdaşları gülləbaran edib.
 
FTB əməkdaşı və bir ziyarətçi həlak olub, daha bir nəfər yaralanıb. Hücumçu öldürülüb.
 
Baş verənlərin təfərüaatları araşdırılır.
 
http://faktxeber.com/rusiyada-ftb-nin-qbul-bsin-silahl-basqn--3-l---vdeo_h495729.html