21-04-2017 tarixində əlavə olundu
Skripkası ilə "İŞİD"ə meydan oxuyan iraqlı - VİDEO
942



İraqın Mosul şəhərində bir vaxtlar silah səslərinin eşidildiyi qəsəbədən bu dəfə skripka səsləri yüksəlib. FaktXəbər-in verdiyi məlumata görə, İŞİD terrorçularına öz skripkası ilə meydan oxuyan Emin Miqdad adlı musiqiçi nəhayət vətəninə qayıdıb.

Terrorçuların hücumu zamanı ailə üzvlərini itirən və bundan sonra Bağdada yaşamaq üçün gedən skripkaçı artıq Mosula geri qayıdaraq orada konsert verməyə də hazırlaşır. Sosial şəbəkə vasitəsilə Mosul sakinlərini konsertə dəvət edən iraqlı bununla İŞİDə meydan oxuduğunu dilə gətirib.

http://faktxeber.com/skripkas-il--d--meydan-oxuyan-iraql---vdeo_h495726.html