20-03-2017 tarixində əlavə olundu
Bakıda gülpaylama aksiyası keçirilib - FOTO


Dünən hicri təqvimlə isə cəmadiüs-sani ayının 20-si (bu il 19 mart) dünya və axirət xanımlarının seyyidəsi, Həzrət Rəsulullahın (s) gözünün işığı xanım Fatimeyi-Zəhranın (s.ə) mübarək mövlud günü idi. Həmin gün İslam aləmində Qadınlar bayramı kimi də qeyd edilir. 
 
Xanım Fatimənin (s.ə) dünyaya gəldiyi gün İslam aləmində ən əlamətdar günlərdən biri hesab edilir. Bu günün müqəddəsliyi o səviyyədədir ki, Allah-taala xanım Fatimənin (s.ə) dünyaya gəlişi münasibətilə Rəsuli-Əkrəmə (s) müjdə verir, bu münasibətlə Qurani-kərimin «Kövsər» surəsini əta edir. Öz qısa, lakin mənalı həyatı ilə xanım Fatimeyi-Zəhra (s.ə) hər dövrdən olan iman əhlinə, gələcək nəsillərə, ümumilikdə bəşəriyyətə ibrət dolu bir irs qoyur.
 
FaktXəbər-in məlumatına görə, bu gün münasibəti ilə paytaxt Bakıda gülpaylama aksiyası keçirilib. 
 
 
 
 
 
 
 
http://faktxeber.com/bakda-glpaylama-aksiyas-keirilib---foto_h494245.html