11-01-2017 tarixində əlavə olundu
SOCAR: Magistral qaz kəmərində təmir işlərinə başlanılıb
937



FaktXəbər-in verdiyi məlumata görə, yanğın baş verən magistral qaz kəmərində təmir-bərpa işlərinə başlanılıb. bu barədə SOCAR məlumat yayıb.

Xəbər verdiyimiz kimi, yanvarın 10-da axşam saat 20:45 radələrində diametri 1 000 mm olan Səngəçal Baş Qurğuları-Qazıməmməd magistral qaz kəmərində yanğın baş verib. Görülmüş tədbirlər nəticəsində yanğın lokallaşdırılaraq söndürülüb, qazın nəqli alternativ xəttə keçirilib, istehlakçıların qaz təchizatında fasilə yaranmayıb. Kəmərdə təmir-bərpa işlərinə başlanılıb", - deyə məlumatda qeyd olunub.

http://faktxeber.com/socar--magistral-qaz-kmrind-tmir-ilrin-balanlb_h490756.html