Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

26 Dekabr

2016
16:33
1432
Yaxın gələcəkdə dünya elitasını təmsil edəcək 8 UŞAQ - FOTO

Vaxt gələcək, taxta  yeni monarxlar əyləşəcək. Və bu pafos və ya bu dövrü simvolizə edən məcazi ifadə deyil. Onların qarşısında doğurdan da xalqlar diz çökür. Bunun üçün sadəcə bir az böyümələri lazımdır.

FaktXeber.com olaraq bu gün Sizi onlarla tanış edəcəyik. Bu uşaqlar hələ şahzadədirlər, lakin yaxın gələcəkdə taxta əyləşəcəklər. Ola bilsin ki, hər birimiz  bu münasibətlə təşkil  olunan  dəbdəbəli mərasimlərə şahid olaq, əlbəttə ki, həmin dövrə kimi monarxiya ləğv edilməzsə…. Beləliklə, Avropa ölkələrinin gələcək hökmdarları:

Jak Onore Renye, Monako şahzadəsi (2 yaş)

Gənc şahzadənin tam titulu belə səslənir – «Əla həzrət şahzadə  Jak Onore Renye, Monokonun varis şahzadəsi və markiz de Bo». Uşaq 2014-cü ilin dekabr ayının 10-da, bacısı Qabrieladan düz 2 dəqiqə  sonra dünyaya gəlib və Monako şahzadəsidir.

Corc, Kembric şahzadəsi (3 yaş)

Uşağın tam  titulu – «Əlahəzrət şahzadə  Corc Kembric»dir və Britaniya taxtının  varisləri siyahısında üçüncüdür: Əvvəlcə babası Çarlz, sonra atası şahzadə Uilyam və nəhayət balaca şahzadə Corc.

Estel, İsveç şahzadəsi (4 yaş)

Onun tam titulu «Əlahəzrət Estel Silviya Yeva Meri, Esterqyetland hersoqinyası». O, vəliəhd şahzadə Viktoriya və şahzadə  Daniel  Vestlinqin qızıdır. Estel İsveç tarixində ilk qızdır ki, bir başa taxt-tac vəliəhdi kimi dünyaya gəlib.

Kristian, Danimarka şahzadəsi (11 yaş)

Şahzadə  Frederik (Monpez qrafı)  və xanımı  Meri  Donaldsonun  böyük oğlu olan bu uşaq  2005-ci ildə  Kopenhagendə dünyaya gəlib.

Asturiya şahzadəsi Leonor (11 yaş)

Leonorun yaxın vaxtlarda  qardaşı dünyaya gəlməzsə, taxta oturmaq üçün bütün şansları var. O,  kral Felipe və Letisiyanın  ilk övladıdır.

İnqrid Aleksandra, Norveç şahzadəsi (12 yaş)

Norveçin vəliəhd şahzadəsi olan bu qız artıq indidən ölkənin həyatında aktiv iştirak edir: 2016-cı ildə o Lilehammerde Gənclər üçün II QışOlimpiya  Oyunlarının açılışında məşəli yandırıb. İlk kütləvi çıxışını isə 6 yaşında edib. Bununla belə, valideynləri övladlarının hamı kimi uşaqlıq keçirməsi üçün adi məktəbə yollayıb.

Katarina Amaliya Niderlandskaya, Niderlandların şahzadəsi (14 yaş)

Niderland şahzadəsi Kral  Villem Aleksandra və kraliça  Maksimanın  ilk övladıdır. Onun taxta oturacağı şansı böyükdür.

Yelizavetta, Belçika şahzadəsi  (15 yaş)

Belçkiada qanuna əsasən taxt ilk övlada çatır. Yelizavetta da  kral Filippin  və kraliça Matildanın  böyük qızıdır. 

Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru