Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

08 İyul

2017
12:26
234
Yaralı erməni əsgərlərinin vəziyyəti ağırdır

Azərbaycan Ordusunun erməni silahlı birləşmələrinin döyüşə hazırlıq vəziyyətinə gətirilən qüvvələrinə atəş zərbələri endirməsi nəticəsində yaralanan erməni hərbçilərin vəziyyəti dəyişməz olaraq qalır, onlardan ikisinin vəziyyəti ağırdır. FaktXeber.com-un verdiyi məlumata görə, bu barədə Xankəndi hərbi hospitalının həkimləri Tert.am-a bildiriblər.

«Yaralılardan ikisi süni nəfəs aparatına qoşulublar. Üçüncü hərbçinin də vəziyyətində dəyişiklik yoxdur. Dünəndən bəri onun vəziyyəti normal qiymətləndirilir, o, ayağından yaralanıb», - deyə hospitaldan bildirilib.

Xatırladaq ki, Azərbaycan Silahlı Qüvvələrinin komandanlığı tərəfindən əldə olunan dəqiq məlumata əsasən, Ermənistan hərbi birləşmələri növbəti dəfə təxribat törətmək məqsədilə döyüşə hazırlıq vəziyyətinə gətirilib. FaktXəbər-in Azərbaycan Müdafiə Nazirliyinə istinadən verdiyi məlumata görə, Ermənistan tərəfindən məqsədyönlü şəkildə yenidən planlaşdırılan təxribatın qarşısının və Alxanlı kəndində həlak olan dinc sakinlərin qisasının alınması üçün iyulun 7-də Azərbaycan Silahlı Qüvvələri Ermənistan ordusunun döyüşə hazırlıq vəziyyətinə gətirilən qüvvələrinə, xüsusilə də taborun müdafiə rayonunda yerləşən seçilmiş hədəflərinə dəqiq atəş zərbələri vurub: "Cəbhənin Füzuli-Xocavənd istiqamətindəki qoşunlarımızın həyata keçirdiyi bu fəaliyyət nəticəsində, ilkin məlumata görə, düşmənin tabor mərkəzinə daxil olan bölmələrin xeyli canlı qüvvəsi məhv edilib, bir neçə döyüş texnikası tamamilə sıradan çıxarılıb və digər hərbi infrastruktur obyektləri dağıdılaraq bərpa olunmaz vəziyyətə salınıb. Dinc əhaliyə və şəxsi heyətə qarşı düşmənin istənilən fəaliyyətinin qarşısını dərhal almaq və onun atəş nöqtələrinə cavab zərbələri endirmək məqsədilə qoşun növləri və qismləri döyüş tətbiqi üçün hazır vəziyyətə gətirilib. Hazırda bütün cəbhə boyu əməliyyat şəraiti Silahlı Qüvvələrimizin tam nəzarəti altındadır".

Azərbaycan Ordusunun erməni silahlı birləşmələrinin döyüşə hazırlıq vəziyyətinə gətirilən qüvvələrinə atəş zərbələri endirməsi nəticəsində erməni hərbçilərin yaralandığını düşmən tərəfi təsdiqləyib.Bildirilir ki, 1969-cu il təvəllüdlü Robert Qasparyan, 1997-ci il təvəllüdlü Ambarsum Arutyunyan və Vahe Badalyan adlı hərbçilər yaralanaraq qospitala yerləşdirilib. 

Məqalədə : erməni əsgər 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru