Tarix:03-01-2017 16:18
Yanvar ayının ilk 3 gününün dəhşətli statistikası
Şərh yaz
- Dekabın 30-da itkin düşdüyü bildirilən 19 yaşlı Xaçmaz şəhər sakini Soltanov Zülfüqar Sübhan oğlunun meşə massivindən meyiti tapılıb.
 
- Yanvarın 1-də itkin düşmüş Beyləqan şəhər sakini Murad Oruclunun suda boğulmuş meyiti yanvarın 2-də şəhər kənarından keçən "Xan qızı" kanalında tapılıb.
 
- Yanvarın 1-də saat 11 radələrində Bərdə rayonunun Qaradəmirçi kəndində rayon sakini Şöhrət Süleymanov idarə etdiyi "Hyundai" markalı avtomobillə yolu keçən kənd sakini Gülnar Ağayevanı vurub. Nəticədə piyada hadisə yerində ölüb.
 
- Yanvarın 1-də Şəmkir şəhəri ərazisində şəhər sakini Sahib Mayılov özünə məxsus "KamAZ" markalı avtomobildə baş verən nasazlığı aradan qaldırarkən baş nahiyəsi avtomobilin qanadı ilə təkəri arasında qalıb. S.Mayılov hadisə yerində ölüb.
 
- Yanvarın 1-də Xətai rayonu ərazisində yaşayan Gürcüstan vətəndaşı Leyla Çopurova, Səbail rayonu ərazisində yaşayan Cahangir Mustafayev və həyat yoldaşı Sevinc, Sumqayıt şəhərində yaşayan Zeynəb İsmayılova evlərində dəm qazından zəhərlənərək ölüb.
 
- Yanvarın 1-də Bakının Yasamal rayonunda mənzildə Kamerun Respublikasının vətəndaşı olan 5 nəfərin meyiti tapılıb. Orada kirayədə yaşayan, Kamerun Respublikasının vətəndaşları – Njonyoh Nans Ekum, Nzemele Ezzambe Linus, Nikbenti Nombiye Leves, Senan Nike və Taken Pau Ata dəm qazından boğularaq ölüb. 
 
- Yanvarın 1-də Ağsu rayonunda iki ailənin faciəsi ilə nəticələnən ağır avtomobil qəzası baş verib. Şamaxı rayonu Qurdtəpə kənd  sakini, 1970-ci il təvəllüdlü Ədilov Əmirşah Məmmədşah oğlu idarə etdiyi “VAZ 2106” markalı minik avtomobili ilə sürətlə hərəkətdə olarkən idarəetməni itirib, avtomobil yoldan çıxaraq piyada səkisində hərəkət edən iki nəfəri-Ağsu şəhər sakini 1958-ci il təvəllüdlü Xəyyam Əliyevi və onun həyat yoldaşı, 1964-cü il təvəllüdlü Xatirə Əliyevanı vurub. Ağır xəsarətlər alan ər və arvad hadisə yerində dünyasını dəyişib. Piyadaları vuran avtomobil sonra hasara çırpılaraq aşıb. Zərbənin təsiri nəticəsində avtomobilin sürücüsü Əmirşah Ədilov, onun həyat yoldaşı, 1975-ci il təvəllüdlü Ədilova Məhbubə Sədulla qızı, və övladları, 2000-ci il təvəllüdlü Əmrah  Ədilov və 1998-ci il təvəllüdlü Afaq Ədilova müxtəlif dərəcəli bədən xəsarətləri ilə Ağsu rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Hazırda onların vəziyyəti ağır olaraq qalır.
 
- Yanvarın 1-də Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Sumqayıt şəhərində mənzildə 1 nəfərin bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub. Mənzilin qapısını açılıb və 1938-ci il təvəllüdlü Namazov Hidayət Hədibulla oğlunun cəsədini aşkar edərək aidiyyəti üzrə təhvil verilib.
 
- Yanvarın 1-də Lənkəran rayonunun Ləj kəndi ərazisində, Ləj kənd sakini, 1971-ci il təvəllüdlü Sərxan Daməd oğlu Əliyevin meşədə meyiti tapılıb. Onun ürəktutmasından öldüyü bildirilir.
 
- Yanvarın 1-də Hacıqabul rayonu Nəvahi kənd sakini, 1979-cu il təvəllüdlü Baxşıyev Nüsrət Qubad oğlu özünü yaşayış evinin həyətində yerləşən yardımçı tikilidə asaraq intihar edib.
 
- Yanvarın 2-də Abşeron rayonunun Hökməli qəsəbəsində yaşayan Hümbət Əliyev ehtiyatsızlığından evinin damından yıxılaraq ölüb.
 
- Yanvarın 2-də Ağstafa rayonunun Yuxarı Göyçəli kəndində rayon sakini Asim Allahverdiyevin ov tüfəngi ilə ehtiyatsız davranması nəticəsində açılmış atəşdən kənd sakinləri Şəfaqət Göyüşova və qızı Simizər xəsarət alıb. Onlar xəstəxanaya yerləşdirilib.
 
- Yanvarın 2-də Şəmkir şəhəri ərazisində yaşayan Marina Məmmədovanın evinə gəlmiş Keçili kənd sakini Arzu Alıyev münaqişə zəminində bıçaqla onu qətlə yetirib. A.Alıyev könüllü RPŞ-yə gələrək istintaqa təslim olub. 
 
- Yanvarın 2-də Ağcabədidə iki nəfərin ölümünə, bir nəfərin xəsarət almasına səbəb olan yol qəzası baş verib. İki avtomobilin toqquşması nəticəsində sürücülərdən biri,  Daşkəsən rayon Əhmədli kənd sakini, 1994-cü il təvəllüdlü Qurbanov Faiq Naməddin oğlu hadisə yerində ölüb. Digər sürücü, Ağcabədi rayon sakini 1949-cu il təvəllüdlü Abdullayev Əlı Əhməd oğlu Ağcabədi Mərkəzi rayon Xəstəxanasına çatdırılsa da, aldığı yaradan həyatını itirib.
 
- Yanvarın 2-də Biləsuvar rayonun Əsgərəbad kəndində intihar hadisəsi baş verib. Kənd sakini, 1985-ci il təvəllüdlü Elşən Möhübbət oğlu Nəciyev yaşadığı evdə özünü asaraq intihar edib. 
 
- Yanvarın 2-də Ucar rayonun Qazıqumlaq kəndində ölümlə nəticələnən yol qəzası baş verib. Rayon sakini Hacı  Ələsgər oğlu Məmmədovun idarə etdiyi  "Mercedes" markalı minik maşını ilə Sahib Valeh oğlu Novruzəliyevin idarə etdiyi  "VAZ- 2106" markalı maşın toqquşub. Nəticədə "VAZ-2106" markalı maşının sürücüsü S . Novruzəliyev ağır xəsarətlərlə Ucar Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Həkimlərin tibbi yardımına baxmayaraq o, xəstəxanada ölüb. 
 
- Yanvarın 2-də Ağdaş rayonunda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Rayon sakini Nəzərov İlqar Söhbət oğlu idarə etdiyi “VAZ 2106” markalı minik avtomobili ilə hərəkətdə olarkən yolu keçən piyadanı, 1947-ci il təvəllüdlü Məmmədov Tehran Abış oğlunu vurub. T. Məmmədov ağır bədən xəsarətləri ilə Ağdaş rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Həkimlərin ilkin tibbi yardımına baxmayaraq, xəsarət alan şəxs dünyasını dəyişib.
 
- Yanvarın 2-də Qaradağ rayonu, “Binə” Ticarət Mərkəzinin qarşısında "London Taxi" markalı avtomobil yoldan çıxaraq maneəyə çırpılıb. Nəticədə 1 nəfər ölüb, 2 nəfər xəsarət alıb.
 
- Yanvarın 3-də Masallı rayonunun Qəriblər kəndi ərazisindən keçən hissəsində “Fiat” markalı və “VAZ-2107” markalı minik avtomobilləri toqquşub. “VAZ-2107”-nin sərnişini olan ər və arvad aldıqları çoxsaylı bədən xəsarətlərindən hadisə yerində dünyasını dəyişib. “Fiat”ın sərnişini, 2004-cü il təvəllüdlü Zeynəb Həmzəyeva isə Masallı Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.
 
- Yanvarın 3-də Bakı-Qazax magistral yolunun 187-ci kilometrliyində, Kürdəmir rayon ərazisində baş verən yol-nəqliyyat hadisəsi nəticəsində 1 nəfər ölüb, 3 nəfər xəsarət alıb. Tural Fərman oğlu Süleymanovun idarə etdiyi, Ucar  Mərkəzi Rayon Xəstəxanasına məxsus  "Ford" markalı təcili tibbi yardım maşını ilə Qalib Hüseyn oğlu Hüseynovun idarə etdiyi "KamAZ" markalı yük maşını toqquşub. Nəticədə "Ford" markalı maşında olan Ucar rayon sakini 1963-cü il təvəllüdlü Şəhla Sabir qızı Əzizova hadisə yerində ölüb. Sürücü T. Süleymanov və avtomobildə olan tibb bacısı Validə Yunis qızı Xəlilova və sərnişin Xəyalə Zabit qızı Mehdiyevaı müxtəlif xəsarətlərlə Kürdəmir Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər.
 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
İmza :
Teqlər :
Yanvar - ayının - ilk - 3 - gününün - dəhşətli - statistikası -
Paylaş :
Mail Yazdır Şərh yaz 0 dəfə şərh edilib
Tarix:03-01-2017 16:18 - Oxundu: 2484
Hadisə, Kriminal
24-02-2017 10:47 Qar uçqunu zamanı ölən şəxslərin dəfninə yardım ediləcək - RƏSMİ
23-02-2017 15:16 Lerikdə qar uçqunu nəticəsində ölənlərin adları məlum olub
23-02-2017 10:54 Bakı metrosunun eskalatorunda insident baş verib
23-02-2017 10:30 Bakıda iki avtobus toqquşub - FOTO
22-02-2017 13:44 Canavarı boğaraq oldürən şəxs: İtlər də kömək etdi - VİDEO
22-02-2017 11:11 Bakı metrosunda qızın pulla dolu çantasını oğurladılar - VİDEO
22-02-2017 09:40 Təcili tibbi yardım stansiyasının əməkdaşı döyüldü
21-02-2017 10:25 Bakıda avtomobil gölə düşüb - FOTO
21-02-2017 08:56 Bakıda qəribə oğurluq - FOTO
20-02-2017 21:21 İqdırda avtobus qəzasında ölən azərbaycanlıların adları
20-02-2017 14:40 İtkin düşmüş neftçilərdən daha birinin meyiti tapıldı
20-02-2017 14:38 İqdırda avtobus qəzası, 5 vətəndaşımız həlak olub - VİDEO
17-02-2017 11:45 Odessada azərbaycanlı kriminal avtoritet saxlanılıb
16-02-2017 14:20 Rejissor Şahin Zəkizadə vəfat edib?
15-02-2017 21:27 Saatlıda yol qəzası: ölənlərin kimliyi məlum olub
15-02-2017 16:50 Gəncədə polisə ictimai dəstək qrupunun üzvü bıçaqlanıb
15-02-2017 11:39 Onları “Qara bazar”da dollarla tutdular - FOTO
14-02-2017 10:03 Bakıda avtomobil körpüdən aşıb, ana və oğlu xəsarət alıb
14-02-2017 09:14 Bakı-Quba yolunda 10-a yaxın maşın toqquşub
13-02-2017 11:09 Bakıxanov Ticarət Mərkəzində kütləvi dava düşüb, gənc oğlan bıçaqlanıb
13-02-2017 09:51 Bakıda yüksək gərginlikli elektrik xəttində partlayış
11-02-2017 12:23 Xaçmazda qumarbaz dəstəsi saxlanılıb - FOTO
11-02-2017 11:19 Gömrükdə saxlanılan ruhani sərbəst buraxıldı (YENİLƏNİB)
10-02-2017 16:06 Bakıda iki maşının aşdığı dəhşətli qəza kameraya düşdü - VİDEO
10-02-2017 14:13 "Gənclik Mall"un qarşısında kütləvi dava düşüb, yaralanan var
10-02-2017 09:41 Rail Rzayevin işində "buludlar dağılır"
09-02-2017 10:48 Bakıda jurnalistin evi qarət olundu
09-02-2017 10:31 Bakıda qadını vuraraq hadisə yerindən qaçan sürücü tutulub
07-02-2017 15:42 Polisə tabe olmayan qadını sürüdülər – VİDEO
07-02-2017 12:19 Baba ehtiyatsızlıqdan nəvəsini güllələyib
06-02-2017 16:11 Qəza edib, amma sübut edə bilmirlər - FOTO-VİDEO
03-02-2017 16:46 Bir neçə ildir bağlı qalmış iki ağır cinayətin üstü açılıb - RƏSMİ
02-02-2017 21:00 Bakıda avtobus sürüşdü: Sərnişinlər ölümdən döndü – VİDEO
02-02-2017 14:11 Siz də tanıyın: onun əməlləri ölümə aparır - FOTO
01-02-2017 15:03 Rusiyada azərbaycanlı avtoritet başından güllələnərək öldürülüb
01-02-2017 09:11 Biləsuvarda qardaş qardaşı güllələyərək qətlə yetirib
31-01-2017 12:51 Qubada ata 13 yaşlı qızını qətlə yetirib
30-01-2017 11:48 Bakıda iki qardaş dərmandan zəhərlənib, onlardan biri ölüb
30-01-2017 09:58 Hacıqabulda ata-ana və iki övladı qazından zəhərlənib
28-01-2017 10:33 FHN “Sovetski”dəki yanğınla bağlı məlumat yayıb - VİDEO
28-01-2017 10:25 Bakı-Sumqayıt yolunda 10-a yaxın avtomobil toqquşub - FOTO
27-01-2017 16:53 "BakuBus"ın sürücüsü sərnişinin həyatını xilas edib - VİDEO
26-01-2017 10:08 8000 manat pulunu istəyən qadını oteldə döydülər
26-01-2017 09:10 Bakıda şok İNTİHAR: Psixoloq Dəyanət Rzayev özünü kəmərlə boğub
25-01-2017 21:53 Goranboyda yeni doğulan körpə ölüb
25-01-2017 20:34 DİN: İntihar edən polis yeddi il əvvəl orqandan xaric edilib
25-01-2017 09:11 Bakıda keçmiş rəis müavini intihar edib
24-01-2017 11:51 Xızı-Giləzi yolunda ağır qəza: 2 ölü 4 yaralı
24-01-2017 09:27 Bakıda avtomobil atəşə tutulub
21-01-2017 13:08 Saatlıda polis əməkdaşı avtomobillə vurulub
19-01-2017 12:03 Azərbaycanda ana və körpə doğuş zamanı ölüb
18-01-2017 20:27 Yük avtomobili aşdı: tonlarla kartof yola töküldü - FOTO
18-01-2017 15:01 Sürüşmə nəticəsində Şamaxıda yol dağılıb, 400 evə ziyan dəyib - FOTO
17-01-2017 21:34 Bakıda uşaq tərbiyəçi tərəfindən amansızcasına döyüldü - VİDEO
17-01-2017 12:51 Bakı Şəhər İcra Hakimiyyətinin avtomobili piyadanı vurub
17-01-2017 11:01 Krımda azərbaycanlı iş adamı dini radikalizm və terror ittihamı ilə həbs olunub
14-01-2017 20:02 Bakıda xingəlxana partladı: yaralılar var
13-01-2017 15:52 Polis idarəsində dəhşətli işgəncələrə məruz qalan qadın özünü 3-cü mərtəbədən atıb - FOTO
13-01-2017 11:22 "Qrija" əməliyyatı zamanı dünyasını dəyişən qadın qanaxmadan ölməyib
13-01-2017 10:51 2 uşaq atası 500 manata görə intihar etdi... - FOTO

Xəbər Lenti
Bu gün ən çox oxunanlar

"Mən Qarabağı ermənilərdən təmizləyəcəkdim, qoymadılar"
24-02-2017 10:04
Banklar dolların yeni alış-satış qiymətlərini elan etdilər - SİYAHI
24-02-2017 10:25
Avtomobil ustası özünü maşına bağlayıb yol polisinə etiraz etdi - FOTO
24-02-2017 11:31
Ukraynada oğurlanan deputatın başında torba ilə FOTOLARI paylaşıldı
24-02-2017 10:00
Düşmənin növbəti təxribatının qarşısı alınıb - VİDEO
24-02-2017 11:04
Avropa Parlamentinin deputatından Qarabağ barədə həyasız açıqlama
24-02-2017 10:06
Masallıda Sərdar Hacıhəsənlinin həbsinə etiraz etdilər - FOTO-VİDEO
24-02-2017 15:18
Hindistanda 17 yaşlı yeniyetmə öz dəfnində "dirildi"
24-02-2017 13:57
Obamanın Fransa prezidentliyinə namizədliyi irəli sürüldü
24-02-2017 15:14
İmtahanlarla bağlı sərəncam — “Onlar ödənişdən azad olunur...”
24-02-2017 21:20
Sorğu
Səs ver Nəticələr

Ölkə Siyasət
Dünya Münasibət
Hüquq İqtisadiyyat
Hərb Təhsil
Araşdırma Analiz
Hadisə, Kriminal Top Secret
İdman Maraq Dünyası
Mənəviyat Ailə-Uşaq
Sağlamlıq Foto
Tarix Video
Texnologiya Mədəniyət
Reportaj Vətən uğrunda
Рейтинг@Mail.ru ® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Firefox 3.6+, GoogleCrome10+, Opera 9+, Macromedia Flash, 1360 x 768

Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


Rss - Saytın Xəritəsi - Dizayn : AA Design

Faktxeber.az