Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

Yazar

06 Yanvar

2017
14:31
756
Xəzəryanı dövlətlər yenə toplanır - SƏBƏB

Xəzər dənizinin hüquqi statusu barədə Konvensiyanın hazırlanması üzrə xüsusi işçi qrupun növbəti iclasının yanvarın üçüncü ongünlüyündə keçirilməsi planlaşdırılır.  Bu barədə diplomatik mənbəyə istinadən məlumat verilir.

İclasın gündəliyində Konvensiya layihəsinin hazırlanması ilə bağlı bu günədək razılaşdırılmamış sualların müzakirəsi yer alıb.

İlkin məlumata görə, iclas Aşqabadda keçirilə bilər. İclas çərçivəsində həmçinin, Xəzəryanı dövlətlərini XİN rəhbərlərinin növbəti iclasına hazırlıq məsələləri müzakirə olunacaq.

Qeyd edək ki, daha əvvəl Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfov Xəzərin statusu barədə Konvensiya ilə bağlı məsələlərin böyük əksəriyyətinin razılaşdırıldığını bildirmişdi. (Trend)

Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


13-12-2017 20:58

ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru