Tarix:29-11-2016 10:31
Xaşla xəngələ kulinar və həkimdən fərqli münasibət
Şərh yaz
Xəngəl və xaş - hər ikisi azərbaycanlıların çox sevdiyi və tez-tez  üstünlük verdiyi yeməklərdəndir. Lakin xüsusən də soyuq havalarda yeyilən bu yeməklər bəzən insanların damaq ləzzətini yarıda da qoya bilir. Belə ki, həzmi ağır sayılan hər iki yemək düzgün yeyilmədikdə insan səhhətində problemlər, ağırlaşmalar yaradır, bəzən hətta ölümlə də nəticələnə bilir. 
 
Daha çox kişilərin sevdiyi, hətta onu yemək üçün səhər tezdən yuxularına haram qatdıqları xaşdan başlayaq. Bişmə prosesi tam bir günə başa gələn xaşı adətən səhər yeyirlər. Bunu daha çox kişilər xoşlayır. Hətta bəzən xaşla yanaşı, səhər olmasına baxmayaraq, araq da içirlər ki, bu yolverilməzdir. Xaşı adətən ona görə səhər yeyirlər ki, bütün gün ərzində həzm olunsun. Çünki kalorili yeməklərdən sayılır. 
 
Ona görə də bu yeməyi yeyəndən sonra gün ərzində aktiv həyat tərzi keçirmək məsləhətdir. Xaşın tibbi xüsusiyyətlərinə gəlincə, qədim zamanlardan bu yemək immuniteti zəif, xəstə olan insanların dərmanı sayılırdı. Çünki onun tərkibindəki maddələr sümüklərin möhkəmlənməsinə səbəb olur. Həmçinin xaş insana enerji verir. Odur ki, soyuq günlərdə sağlamlığın qorunması üçün xaş əvəzolunmaz bir yemək sayılır. Ancaq xeyirləri ilə yanaşı bu qidanın zərəri də var. Belə ki, xaşda doymuş yağlar çoxdur. Bu da qan damarlarında  dövriyyəni çətinləşdirir və kirəcləşib damarlarda qalır. Ürək, qan-damar xəstəliklərinin yaranmasına səbəb olur. Bu yeməyi yedikdən sonra oturaq gün rejimi hətta ölümə gətirə bilər.
 
Azərbaycanın milli mətbəxinin yeməklərindən olan xəngəli isə mütəxəssislər adətən axşam yeməyi məsləhət görür. Təbii xəmir yeməyi olduğu üçün gec həzm olunan xəngəli yedikdən sonra oturaq gün keçirməməli, gəzməlisən. Maraqlıdır, azərbaycanlılar xaş və xəngələ niyə bu qədər meyllidir və onları hansı tərzdə yesək səhhətimizə zərər verməz?
 
Azərbaycan Milli Kulinariya Mərkəzinin (AMKM) baş direktoru Tahir Əmiraslanov günahın yeməklərdə yox, insanlarda olduğunu dedi: “İnsanlar bu yeməkləri yedikdən sonra oturmasınlar, gedib işləsinlər. Kəndçi səhər saat 5-də xaşı yeyib gedirdi heyvan otarmağa, yer əkməyə. İndi səhər tezdən xaşı yeyib gedib kabinetdə otururlar. 
 
Əlbəttə ki, o zaman yemək onu öldürəcək. Nəinki xaşı, adi yeməkləri də yeyib, gedib oturmaq olmaz. Xaş tezdən yeyilən yeməkdi. Hətta Özbəkistanda toy plovu da səhər tezdən yeyilir. Başqa şorabalarımız da var ki, onu səhər yemək olar. Əvvəllər insanlar səhər tezdən möhkəm yeyib gedirdilər işləməyə. Xəngəli də çox vaxt günorta yeyirlər. Amma bu düzgün deyil. Xəngəl axşam yeməyidir. Xəngəllə qarın tam doydurulmamalıdır. Onu müəyyən miqdarda yeyirsən. Xəngəl təkcə xəmirdən ibarət olmur. Onun üzərində ət qovurma, beçə və sairə olur. Bu yemək soyuq havada yeyilir. Yayın ortasında bu yeməyi yeməzlər. Bu yemək sağlam adam üçün nəzərdə tutulur. Mədəsində problem olan adamda bu yemək daha da problemlər yarada bilər. Hətta ən faydalı yeməkləri belə həkim bəzən xəstə adamlar üçün qadağan edir”.
 
Image result for Tahir əmiraslanov
 
T.Əmiraslanor hər iki yeməyin sırf Azərbaycan mətbəxinə aid olan qədim yemək növlərindən olduğunu bildirdi: “Hər iki yemək - xaş da, xəngəl də sırf Azərbaycan mətbəxinə aid olan qədim xörəklərimizdir. Amma yenə də deyim ki, Azərbaycan mətbəxində bəzi yeməklər elə qurulub ki, onlar qarın doydurmaq üçün deyil. Məsələn, bir ədəd paxlava ilə bir sini paxlavanın dadı eynidir. Bir ədəd paxlavadan ləzzət ala bilməyən bir sini paxlavadan da ləzzət ala bilməyəcək. Hər şeyin norması var. Nizami Gəncəvi yaxşı deyib ki, ”artıq içiləndə dərd verir su da". Xaş yeyənlər 100 qram araq içirlər, mədə özünü ac hiss edir. Bir də o yeməkdən yeyirlər. Mədənin yalnız 3/1 hissəsi yeməklə dolmalıdır. Mədəni tam dolduran istənilən adam partlamaya düşəcək. Yeməyi yedikdən sonra adamı bir az yuxu tutur. Bu prosesi keçirdikdən sonra gedib işləməlisən. Xaşxanaya getsəniz görərsiniz ki, insanlar bir xaşla kifayətlənmirlər. Oturub araqla xaş yeyirlər ki, bu da zərər verir. Canının qədrini bilməyən adam ölməlidir, yeməyin günahı yoxdur. Xaş istəyirsən bir az ye, bəs edir. Xaş həm də insanı gücləndirir, sümüyü bərkidir. Yaxud da xəngəlin nə günahı var. Hər şeyi normasında yemək lazımdır".
 
Image result for adil qeybulla
 
Tibb elmləri doktoru, professor Adil Qeybulla yağlı və həzmə gec gedən yeməkləri daimi qəbul etməyin məqsədəuyğun olmadığını dedi: “Biz uşaq vaxtından öz milli mətbəximizə uyğunlaşırıq. Bizim milli mətbəximizi başqa şəxslər bu şəkildə istifadə edə bilməzlər. Yaxud biz gedib başqa bir ölkədə həmin ölkənin milli mətbəxindən daimi istifadə edə bilmirik. Həmişə çalışırıq ki, öyrəşdiyimiz yeməkləri yeyək. O ki qaldı yağlı, ağır həzm olunan yeməklərə, onları daim qəbul etmək məqsədəuyğun deyil. Çünki yağlı yeməklər damarların kirəclənməsinə səbəb olur, ürək-damar xəstəliklərini gücləndirir. Bu baxımdan, insanlar özləri çalışmalıdırlar ki, mümkün qədər az qida qəbul etsinlər. Bizim nəinki sadaladığımız qidalar, həm də, ümumiyyətlə, insanların bu gün qida qəbul etməyə meyli çoxdur. Eyni zamanda daha az hərəkətlilik var. Bu da qəbul olunmuş qidanın bədəndə depolaşmasına, artıq çəkiyə gətirib çıxarır ki, bir çox xəstəliklərin əsasını qoyur. Ona görə də hesab edirəm ki, mümkün qədər az qida qəbul etmək və ağır həzmə gedən qidaları mümkün qədər məhdudlaşdırmaq lazımdır. Xaş, xəngəl kimi qidaları qəbul etdikdən sonra çoxlu hərəkət etmək lazımdır ki, kalorinin yanma prosesi getsin”.(musavat)
Orphus system Mətndə orfoqrafik səhv aşkar etdinizsə, həmin hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
İmza : Ş.
Teqlər :
Xaş - - xəngəl -
Paylaş :
Mail Yazdır Şərh yaz 0 dəfə şərh edilib
Tarix:29-11-2016 10:31 - Oxundu: 712
Münasibət
29-03-2017 14:22 Eldar Namazov AXC liderlərinin KQB ilə əməkdaşlıq etdiyini bildirib
29-03-2017 10:19 Rusiyadakı mitinqlərdən həvəslənib aksiyalar təşkil etmək...
28-03-2017 10:36 Bayram bitsə də, bazarlarda bahalaşma bitmək bilmir
27-03-2017 17:02 Azərbaycanda elmi jurnalistika niyə yoxdur?
27-03-2017 15:54 Dollar yenidən qalxacaq - Millət Vəkili
27-03-2017 14:13 "Düşməni öyrənmək, atdıqları addımların məntiqini hesablamaq lazımdır"
24-03-2017 11:26 Nazir: “Azərbaycanlı tələbələr mütləq gürcü dilini bilməlidir”
22-03-2017 09:26 "Nə vaxtsa görmüsünüzmü ki, cənab prezident əfv sərəncamı versin..."
21-03-2017 14:18 İqtisadçı ekspert Novruz bayramı ərəfəsində qiymətlərin qalxmasını...
16-03-2017 14:21 Marketlərə gedib qiymətlərlə maraqlanmışam - Əli Əhmədov
14-03-2017 09:45 "Azərbaycana kreditlərin verilməsi tamamilə dayandırıla bilər"
13-03-2017 14:59 Deputat pensiyalarla bağlı dəyişiklikləri şərh edib
13-03-2017 09:28 Mənim pensiyam neçə manat olacaq?
11-03-2017 11:07 Əfv siyahısında 20 tanınmış məhbusun adı var
09-03-2017 14:36 Nəqliyat eksperti sürücüləri günahlandırdı: Onların insanlıq...
07-03-2017 15:20 "Azəriqaz” İstehsalat Birliyinin özəlləşməsinin vaxtı çatıb"
06-03-2017 14:43 "Narkotikdən gələn gəliri əldən vermək istəmirlər" - Millət vəkili
06-03-2017 14:19 "Neqodnı"lara pis xəbər - Hərbi xidmətə çağırıla bilərlər
06-03-2017 14:13 Elmar Məmmədyarov BƏƏ-nin "Əl-Fəcr" qəzetinə müsahibə verib
06-03-2017 09:47 Neft hansı həddədək bahalaşacaq - 2017-ci ilin proqnozu
04-03-2017 11:40 Novruz Məmmədov: Ermənistan rəhbərliyinin hansısa məqsədi var
04-03-2017 10:40 Bəli, səhv etmişik, yanlışa yol vermişik - “Azəravtoyol”un sədri
03-03-2017 22:37 İpoteka Fondu səmərəli işləyə bilirmi?
02-03-2017 10:29 Tanınmış iqtisadçılar pensiya yaşının artırılmasını tənqid etdilər
01-03-2017 22:05 Pensiya yaşının artırılması sosial gərginliyi artıracaq - ekspert
01-03-2017 14:14 "Çoxu o vəzifələri elə rüşvət hesabına tutublar"
28-02-2017 15:22 Hüqüqşünas yol polisini İTTİHAM etdi: Qanunla bela rəftar etmək olmaz
28-02-2017 13:04 “Aprel müharibəsinin bütün təfərrüatları bu günədək üzə çıxmayıb”
27-02-2017 09:53 6 ay başa çatır
25-02-2017 12:55 Baş nazirin müavini: "Ordunuz hazırdır!"
24-02-2017 10:04 "Mən Qarabağı ermənilərdən təmizləyəcəkdim, qoymadılar"
23-02-2017 15:24 "Şərq qapısı" qəzetindən Vasif Talıbov AÇIQLAMASI
23-02-2017 13:00 FOX TV-nin Azərbaycanda yayımının dayandırılmasına rəsmi münasibət
23-02-2017 10:24 Ətin qiyməti niyə qalxır: Pozitiv bir söz söyləmək çətindir
21-02-2017 11:11 Təhsil ekspertləri məktəb dərsliklərindəki faciəvi şeirləri haqda...
21-02-2017 10:08 Azərbaycan qazı xaricə öz vətəndaşlarından ucuz satır?
20-02-2017 12:56 "Semaşko"da bütün tibbi xidmətlər pulsuzdur
20-02-2017 11:00 "Mənim işim-gücüm qurtarıb ki, bunu əzbərləyim?"
20-02-2017 09:11 Zəlzələdən ziyan çəkənləri aldadıb pullarını da alıblar
18-02-2017 12:28 "Yaxşı olardı nazir həmin rəqəmləri əvvəl yerli ictimaiyyətə açıqlayaydı"
18-02-2017 10:44 Tanınmış politoloq niyə məhz Bakının seçilməsini şərh etdi
17-02-2017 11:47 Əfvlə bağlı yeni xəbər: Müraciətlərə müsbət rəy verilib
17-02-2017 10:46 "Sekuta getsəydi, atalar demişkən, üzüyünün qaşı düşməyəcəkdi"
17-02-2017 10:28 Baş Nazir son hesabata hazırlaşır, Nazirlər Kabineti buraxıla bilər
16-02-2017 15:05 “Uşaqların avtomobildə daşınması qaydaları ilə bağlı qanunda boşluq var” - Ekspert
16-02-2017 12:44 Uşağın kompüterin qarşısında sakit oturması müsbət hal deyil
16-02-2017 11:48 Dollar bahalaşanda dərman da bahalaşacaq - RƏSMİ
16-02-2017 09:57 Sürücülər üçün yeni qaydaların faydası nədir?
16-02-2017 09:42 Arif Əsgərov üçün həbs təhlükəsi - 48 milyonluq yeyinti
14-02-2017 10:42 Bank rəhbəri: Xarici valyutaya bağlıyıq
13-02-2017 22:28 Daha hansı nazirliklər ləğv oluna bilər? - TƏKLİF
13-02-2017 10:53 "Kliniki Tibbi Mərkəzdə struktur dəyişikliyi olacaq"
13-02-2017 10:46 Gürcüstana keçən taksilərə xüsusi nəzarət olacaq
13-02-2017 09:23 QHT-lərə yeni qaydalar gəlir
11-02-2017 11:03 İnşaat sektorunda şərtlər yüngülləşdirilir
09-02-2017 11:33 "Fatimeyi Zəhra" məscidi ilə bağlı məsələ məscidin xeyrinə həll olunub"
09-02-2017 11:05 Bədbəxt hadisə və yaxud da peşə xəstəliyi baş verirsə nə etməli?
09-02-2017 09:48 Hökumət kompensasiyaları niyə ödəmir?
08-02-2017 14:09 Ötən il ARDNF-nin büdcəsində 500 mln. dollarlıq profisit yaranıb
08-02-2017 11:36 Mədən Sənayesində Şəffaflığın Artırılması Şurasında nə baş verir?

Xəbər Lenti
Bu gün ən çox oxunanlar

İndoneziyada yeddi metrlik piton kişini udub - VİDEO (18+)
29-03-2017 09:40
Magistraturaya qəbulun birinci mərhələsinin tarixi açıqlandı
29-03-2017 10:43
ANS: Azərbaycanın ən yeni tarixi siçovulların ümidinə qalıb
29-03-2017 11:21
Banklar dolların yeni alış-satış qiymətlərini elan etdilər - SİYAHI
29-03-2017 10:30
Mübariz İbrahimova qibtə edən Aprel şəhidi Fəxrəddin Qurbanlı - VİDEO
29-03-2017 11:59
Müqəddəs üç aylar – Rəcəb, Şaban, Ramazan
29-03-2017 10:32
Səudiyyə polisi Şeyx Nimrin iki əmisi oğlunu maşında güllələdi - FOTO
29-03-2017 16:27
"Mən bu görüntülərdən dəhşətə gəldim" - VİDEO
29-03-2017 11:09
Dolların bugünkü MƏZƏNNƏSİ
29-03-2017 09:15
İnanclıların Hüquqlarının Müdafiə Komitəsi toplantı keçirib - VİDEO
29-03-2017 09:28
Sorğu
Səs ver Nəticələr

Ölkə Siyasət
Dünya Münasibət
Hüquq İqtisadiyyat
Hərb Təhsil
Araşdırma Analiz
Hadisə, Kriminal Top Secret
İdman Maraq Dünyası
Mənəviyat Ailə-Uşaq
Sağlamlıq Foto
Tarix Video
Texnologiya Mədəniyət
Reportaj Vətən uğrunda
Рейтинг@Mail.ru ® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Firefox 3.6+, GoogleCrome10+, Opera 9+, Macromedia Flash, 1360 x 768

Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


Rss - Saytın Xəritəsi - Dizayn : AA Design

Faktxeber.az