Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

Yazar

02 Sentyabr

2016
16:21
2013
Övladı universitetə ​​gedən valideynlər, BUNLARI BİLMƏLİSİNİZ

 Bir çox valideynlərə övladları sevinc bəxş edib. Uşaqlar tələbə adına layiq görülməklə, valideynlərinə də tələbə ata-anası adını qazandırıblar. Ali məktəbə başlayacaq gənclər qədər valideynləri də həyəcanlıdır. Onlar həyatın dəyişən bu mərhələsinə xüsusilə hazır olmalıdırlar. Aile.lent.az övladları bu il universitetə gedən valideynləri bəzi mətləblərlə tanış edir.

Yeniyetməlik sonrası kaprizlər

Yetkinliyin ən sevimli günlərini geridə qoyan və universitet imtahanına hazırlaşarkən sizə sanki köks ötürən uşağınız lovğalanmağa başlayacaq. Artıq bir yetkin, fərqli və əhəmiyyətli biri olduğunu düşünəcək. Yeni kaprizlər inkişaf etdirəcək. Məsələn, nəsə deyəcək, anlamayacaqsınız, ikinci dəfə söyləyərkən sizi dünyadan bixəbər kimi hiss etdirəcək.

 

Yeni jarqon

 

Yeni sözlər, xitablar istifadə etməyə başlayacaq.

Dostlarıgildə qalacaq, gəzməyə gedəcək

“Ana, orta məktəbdəki kimi deyil. Dərslər çox çətindir və…”, - deyəcək və həmişə dostları ilə dərslə məşğul olduqlarını bəhanə gətirəcək. Təbii ki, bu dərs etmələr xeyli uzun çəkəcək.

 

Xərcliyi artacaq

 

Nə qədər xərclik versəniz də, yetməyəcək. Xərcliyini davamlı artıq istəyəcək.

 

İşləmək də bir variantdır

 

Ya cibxərcliyinin çatmadığı, ya böyüdüyünü sübut etmək üçün, ya dostları ilə bəhsə girərək işləmək istəyəcək.

 

Saç, makiyaj, geyimlər

 

Saç seqmenti, makiyaj stili, seçdiyi geyimlər dəyişəcək. Sizin hündürdaban ayaqqabılarınızı geyindiyi uşaq dövrünü yada salacaqsınız.

 

Yeni fikirlər

 

Hər cür insanın bir araya gəldiyi universitet şəraitində fərqli fikirləri yaranacaq və bu fikirləri yeni şəxsiyyətinin bir hissəsi olaraq biləcək.

 

Niyyəti ciddi münasibətlər

 

Birinci sinifdə ilk sevgilisiylə bir həyat qura biləcəyinə həqiqətən inanacaq. İlk dəfə ailə qurmaqdan bəhs edəcək. Narahat olmayın, keçəcək.

 

Dostlarla istirahət

 

Bu günə qədər yay tətillərini hər zaman birlikdə keçirirdiniz. Amma artıq dostları ilə tətilə getmək istəyəcək. İnad etməyin, onsuz da getməyin bir yolunu tapacaq.

 

Yalan da danışacaq

 

Artıq sizə yalan söyləyib-söyləmədiyini anlaya bilməyəcəksiniz. Yetkin olma yolunda irəliləyərkən, yetkin olmanın vacib bir hissəsi kimi professional olaraq yalan danışmağı öyrənəcək.

Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


14-12-2017 16:59

ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru