Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

Yazar

07 Yanvar

2017
12:10
1181
Vəkil: 10 yaşlı uşağın fikri nəzərə alınmalıdır, amma...

Quba rayon məhkəməsinin qərarı ilə 10 yaşlı Nurayın xalası Mehribandan alınıb atasına verilməsi prosesinin görüntülərini əks etdirən videonun yayılması ictimaiyyətlə böyük rezonans doğurub. Birmənalı olaraq hər kəs icraçıların kobudluğunu və məhkəmənin ədalətsiz qərar verməsini bildirir. Bu məsələnin hüquqi tərəfini müəyyənləşdirmək üçün vəkil Cavid Rzazadəyə müraciət etdik.

C.Rzazadə “Qafqazinfo”ya açıqlamasında bildirib ki, məhkəmə qərarı qüvvəyə minib və icraya yönəldilibsə, artıq mübahisələndirilmir: “Görünür ki, məhkəmə mübahisəsi uşağın bioloji atası ilə onu saxlayan xalası arasında olub. Məhkəmə də uşağın atasında qalmasına, qadından alınmasına qərar verib. Nurayın anası vəfat edib, xalası özünü ona ana kimi tanıdıb. Mehriban xanım Nurayın atasının uşağın tələb edilməsi ilə bağlı məhkəmə iddiasından dərhal sonra başqa bir iddia qaldıraraq uşağı övladlığa götürmək üçün müraciət edə bilərdi. Bu zaman atanın iddiasının icrası dayandırılacaqdı. İndi isə ortada məhkəmənin qanuni qüvvəyə minmiş qərarı var”.

Vəkil qeyd edib ki, uşağın fikrinin nəzərə alınması bu hadisədə tətbiq oluna bilməz: “Ailə Məcəlləsinin 51-ci maddəsinə görə ailə daxilində olan hər hansı bir məsələ ilə bağlı 10 yaşı tamam olan uşağın fikri nəzərə alınmalıdır. Lakin ailədaxili dedikdə ər, arvad, valideynlər və uşaqlar nəzərdə tutulur. Qohumlarla ünsiyyət saxlanılması təmin edilsə də, uşağın daimi kiminsə yanında qalması qohumlara aid edilmir. Bu məsələdə də uşağı saxlayan Mehriban xanım xalası olduğu üçün o, ailəyə daxil deyil. Ona görə də hüquqi baxımdan uşağın fikri nəzərə alına bilməz. Digər tərəfdən əgər ata valideynlik hüququndan məhrum edilsə, onda uşaq ona verilə bilməz. Çox güman ki, belə bir qərar da yoxdur, çünki olarsa, məhkəmə uşağın atası ilə qalmasına qərar verə bilməz”.

Cavid Rzazadə qanunun icraçıların kobud davranışını qadağan etdiyini, lakin fiziki qüvvə tətbiq etmələrinə icazə verdiyini deyib: “Məhkəmə icraçılarının davranışında fiziki qüvvə tətbiq edilmə görünür. Lakin bu da qanun çərçivəsindədir. İcraçının orada xalanın həbs ediləcəyi ilə bağlı xəbərdarlığı qanunun tələbidir. Qanunverciliyə görə, borcu, yəni burada Mehriban xanım, məhkəmə qərarını könüllü icra etməzsə və icra olunmasına maneə törədərsə, inzibati qaydada tənbeh, 30 sutkaya qədər həbs, sonra Cinayət Məcəlləsinə uyğun olaraq cinayət işi açıla bilər. İcra orada hər hansı qanunsuzluq etməyib. Ortada icra vərəqi, tələbkar və borclu var, uşaq da mübahisə obyektidir. Qərar uşağın xaladan alınıb ataya verilməsidir. Fiziki zor birbaşa uşağa münasibətdə deyil, xalanın qollarını açmağa cəhd edirlər. Məhkəmə qərarı icra olunarkən müəyyən qaydalar çərçivəsində fiziki qüvvə tətbiq edilə bilər. Amma kobud fiziki zor tətbiq oluna bilməz. Mehriban xanım hüquq çərçivəsində bu illər ərzində Nurayın övladlığa götürülməsi ilə bağlı məhkəmə iddiası qaldırmalı idi”.

Картинки по запросу vəkil Adəm Məmmədov

Tanınmış vəkil Adəm Məmmədov da bu məsələyə münasibət bildirib. Hüquq müdafiəçisi qeyd edib ki, 10 yaşlı uşağa qarşı edilən bu hərəkət yolverilməzdir: “Quba rayon icra şöbəsinin icra məmurlarının məhkəmə qətnaməsini bu formada icra etməsi onların qeyri-peşəkar olmasından xəbər verir. Uşaqların alınıb-verilməsi ilə bağlı məhkəmə qərarlarının icrası digər icra sənədlərindən fərqli olaraq çox həssas yanaşılmalı və həyata keçrilməlidir. Qanunvericiliyə görə, uşaqlarla bağlı qərarın icrası zamanı mübahisə yaranarsa, pisxoloqun iştirakı zəruridir. Nuray adlı 10 yaşlı uşağa, qətnamənin icrası ilə əlaqədar icra məmurları tərəfindən bu cür davranılması insanlığa və məmura yaraşmayan bir hərəkətdir”.

Qeyd edək ki, uşaq hazırda xalası Mehribanın yanında qalır.

Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


13-12-2017 21:00

ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru