İstifadəçi Adı : Şifrə :
Yeni üzvlük Şifrəmi unutdum
 


Vergi Məcəlləsinə edilən yeni dəyişikliklər nə vəd edir?
Gülnar İsmayılova: “Sadələşdirilmiş vergi üzrə dövriyyənin kiçik sahibkarlıq üçün mövcud meyarlara uyğunlaşdırılmasına ehtiyac var”
Şərh yaz

Bu ayın 1-dən etibarən Vergi Məcəlləsinə yeni əlavə və dəyişikliklər edilib və sənəd ölkə prezidenti tərəfindən təsdiq olundu. Rəsmi açıqlamalara görə, 2013-cü ilin Vergi Məcəlləsində olan dəyişikliklər əhalinin sosial-iqtisadi vəziyyətini yaxşılaşdırılmasına və həmçinin antikorrupsiya tədbirlərinin ilkin mərhələsi kimi qiymətləndirilir.

FaktXəbər-in məlumatına görə, son dəyişiklikləri şərh edən İqtisadi və Sosial İnkişaf Mərkəzinin (İSİM) eksperti Gülnar İsmayılova bildirib ki, məcəllədə fiziki şəxslərin gəlir vergisinin ödənilməsi sxemi dəyişdirilib. Belə ki, gəlir vergisi üzrə faiz dərəcələrinin dəyişdirilməsi əhalinin gəlirlərinə birbaşa təsir göstərəcək. Bu əsasən əmək haqqı 200 manatadək olanlar və 2500 manatdan çox olanlarda özünü büruzə verəcək. Belə ki, indiyədək aylıq gəliri 200 manata kimi olanlardan minimum əmək haqqı məbləği (93,5 manat) çıxılırdısa artıq bu ildən həmin məbləğ 125 manat olacaq. Bu da yeni dəyişikliklərdə sonra vergiyə cəlb olunmayan hissə kimi minimum əmək haqqı, yaşayış minimumu ilə əvəz olunması ilə bağlıdır.
Qeyd etmək lazımdır ki, ölkə üzrə yaşayış minimumu ilkin layihədə 116 manat nəzərdə tutulsa da, Prezidentin təsdiq etdiyi qanunda 125 manat qeyd edilib.

İSİM eksperti deyib ki, aylıq gəliri 2500 manatdan yüksək olanlar  üçün 30 % gəlir vergisi tutulurdusa, artıq yeni qanuna əsasən aylıq məvacibləri 2500 manatdan çox olanlar 25 % vergi ödəyəcək. Vergi Məcəlləsinin 102.4–cü maddəsində nəzərdə tutulan fiziki şəxslərin ( yəni həlak olmuş və yaxud sonradan vəfat etmiş döyüşçülərin valideynləri, vəzifə icrası zamanı həlak olmuş dövlət qulluqçularının valideynləri və ərləri (arvadları), Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi zamanı həlak olmuş şəxslərin valideynləri və arvadları (ərləri), Əfqanıstana və döyüş əməliyyatları aparılan başqa ölkələrə göndərilmiş hərbi qulluqçular və hərbi vəzifəlilər, məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər) aylıq gəlirinin vergi tutulmayan hissəsi 55 manat idi artıq 100 manat məbləğində olacaq.

Gülnar İsmayılov bildirib ki, azadolmalar siyahısına yeni bənddə əlavə olunub, belə ki eks-prezidentlər və onların ailə üzvlərinə ödənilən pensiya, məvacib və digər ödənişlərin məbləği gəlir vergisindən azaddır. Vergi Məcəlləsində texnoloji və sənaye parklarının inkişafının təmin olunması üçün vergi tətillərinin tətbiq olunması nəzərdə tutulur. Sənaye-texnoliji parkları 7 il müddətində ƏDV-dən azad olunacaq. “Sumqayıt Texnologiyalar Parkı” MMC-nin nəzdində 17 zavod fəaliyyət göstərəcək və bunların hər birinə vergi tətilləri veriləcək. Yəni burada fəaliyyət göstərən hüquqi şəxslərin parkdakı fəaliyyətindən əldə etdikləri gəlirlər 7 il müddətinə vergiyə cəlb olunmayacaq.

Ekspert əlavə edib ki, Məcəllədə sadələşdirilmiş vergi ilə bağlı ciddi dəyişikliklər olub, belə ki, yeni qanuna əsasən həm fiziki həmdə hüquqi şəxslər üçün illik dövriyyə eyni həddə 120 min manat nəzərdə tutulub. Əvvəlki dövrlərdə isə illik dövriyyəsi 150 min manat olan hüquqi şəxslər və illik dövriyyəsi 90 min manat olan fiziki şəxslər sadələşdirilmiş vergiyə cəlb olunurdu. Hüquqi şəxslər də bu rəqəm azaldığı üçün təklif olunur ki, sadələşdirilmiş vergi üzrə illik dövriyyə göstəriciləri Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş “İqtisadi fəaliyyət növləri üzrə kiçik sahibkarlıq subyektlərinin müəyyənləşdirilməsi meyarlarının hədləri” haqqında 2004-cü il 20 aprel tarixli 57 nömrəli qərarında (Nazirlər Kabinetinin 2009-cu il 18 dekabr tarixli 192 nömrəli qərarı ilə edilmiş dəyişikliklər nəzərə alınmaqla) müəyyən edilən  kriteriyalara görə formalaşdırılsın. Bu qanuna əsasən Sənaye və tikintidə işçilərinin sayı 50 nəfərdən və illik dövriyyəsi 500 min manatdan, kənd təsərrüfatında işçilərinin sayı 25 nəfərdən və illik dövriyyəsi 250 min manatdan, topdansatış ticarət müəssisələrində işçilərinin sayı 15 nəfərdən və illik dövriyyəsi 1,0 milyon manatdan və iqtisadiyyatın digər sahələrində işçilərinin sayı 10 nəfərdən və illik dövriyyəsi 250 min manatdan az olan kiçik sahibkarlıq subyektləri qeyd edilir. Bakı şəhəri üzrə illik dövriyyənin 4 % - i, bölgələrdə isə 2 %-ni təşkil edir.

Mənbə : Leyla Tağızadə
Teqlər :
Vergi - Məcəlləsinə - edilən - yeni - dəyişikliklər - - vəd - edir? -
Paylaş :
Mail Yazdır Şərh yaz 1 dəfə şərh edilib
17-01-2013 15:31 - 3450 dəfə oxunub
Orphus system Mətndə səhv var? Onu siçanla seçin və "Ctrl+Enter" düyməsini basın
Şərhlər
Emil Melikov tərəfindən 17-01-2013 Tarixində yazıldı
--bu yazi sadece bir xeber idi, ama mence ekspert bunu etrafli sekilde izah etmeli idi. bir iqtisadci kimi vaxtimi ayirib bu yazini oxumaga pesman oldum
İqtisadiyyat
28-01-2015 11:30 Rublun ucuzlaşması "Azərsun"a ziyan vurur - baş direktor
28-01-2015 10:12 Elman Rüstəmov kredit faizi söhbətinə son qoydu - “enməyəcək”
28-01-2015 09:47 AMB-nin rəsmi valyuta məznnələri
28-01-2015 09:44 Neftin ucuzlaşması davam edir
27-01-2015 21:09 Pensiyalar nə qədər artdı? - ŞƏRH
27-01-2015 16:33 «İqtisadi güclərin məsuliyyətsiz siyasəti qlobal böhrana səbəb olub»
27-01-2015 16:33 Azərbaycanda 123 min gənc işsizdir
27-01-2015 10:05 AMB-nin rəsmi valyuta məzənnələri
27-01-2015 10:02 Neft bahalaşıb, qızıl və gümüş ucuzlaşıb
26-01-2015 21:26 Nazir "təmizlik işi" aparır - SİYAHI
26-01-2015 16:26 SOCAR neft hasilatının həcmini açıqladı
26-01-2015 11:35 Ötən il yollara 2,5 milyard manat xərclənib
26-01-2015 09:49 SOCAR niyə borca girib? – 6.9 milyard
26-01-2015 09:47 AMB-nin rəsmi valyuta məzənnələri
26-01-2015 09:36 Neft ucuzlaşıb, qızıl və gümüş bahalaşıb
24-01-2015 13:30 “Neftin ucuzlaşmasına görə 3 milyard dollar itirəcəyik...”
24-01-2015 11:45 Bu gündən Azərbaycanda sərinləşdirici içkilər bahalaşdı – SİYAHI
24-01-2015 11:20 Azərbaycan valyuta bazarının həftəlik icmalı
24-01-2015 10:46 Avropa və Asiya fond bazarında səhmlər bahalaşıb
24-01-2015 10:31 Kralın ölümü də qiymətə təsir etmədi - Neft ucuzlaşdı
23-01-2015 16:54 Sahibkarlara 96 milyon manat ayrıldı
23-01-2015 13:22 Avronun ucuzlaşmasından Azərbaycan qazanacaq, yoxsa itirəcək ?
23-01-2015 11:11 Avro Bakıda çökdü - 15 ildən sonra
23-01-2015 10:42 Azərbaycanda avtomobillərin sığortası azalıb
23-01-2015 09:59 AMB-nin rəsmi valyuta məzənnələri
23-01-2015 09:56 Neft cüzi bahalaşıb, qızıl və gümüş ucuzlaşıb
22-01-2015 22:04 Səlim Müslümov müəllimlərin maaşlarının necə hesablanacağından danışdı - VİDEO
22-01-2015 20:59 "Pensiyalar artacaq" - Şad xəbər
22-01-2015 20:49 Rusiya bir həftəyə 7 milyard dollar itirdi
22-01-2015 14:15 Azərbaycanda avtomobil sığortası bahalaşacaq - RƏSMİ
22-01-2015 12:17 eBay 2.4 min əməkdaşını qovur
22-01-2015 12:04 Azərbaycan təşkilatı Orta Asiyanın ən güclü beyin mərkəzi seçildi
22-01-2015 09:58 AMB-nin rəsmi valyuta məzənnələri
22-01-2015 09:38 Neft, qızıl və gümüş ucuzlaşıb, səhmlər bahalaşıb
21-01-2015 12:11 Azərbaycanda orta aylıq maaş 442 manatdır - RƏSMİ
21-01-2015 11:26 Əhali 18 milyard kredit götürüb – STATİSTİKA
21-01-2015 10:16 Əhalinin banklardakı gəlirləri açıqlandı - STATİSTİKA
21-01-2015 10:00 AMB-nin rəsmi valyuta məzənnələri
21-01-2015 09:29 Neft,qızıl və gümüş bahalaşıb
21-01-2015 09:19 Azərbaycanlı milyarderə böyük zərbə
20-01-2015 14:49 Xaricdən telefon sifariş edənlərin nəzərinə! ARAŞDIRMA APARILIR
20-01-2015 14:13 Məmurlara bəd xəbər- GƏLİR BƏYANNAMƏSİ
19-01-2015 19:58 Prezident büdcəni təsdiq etdi
19-01-2015 11:46 Telefonla danışıq tarifləri ucuzlaşacaq
19-01-2015 10:34 2016-cı ildə planetin 1 faiz əhalisi 99 faiz sakinindən zəngin olacaq
19-01-2015 10:04 AMB-nin rəsmi valyuta məzənnələri
19-01-2015 09:23 Neft, qızıl və gümüş ucuzlaşıb, səhmlər bahalaşıb
17-01-2015 17:54 ABŞ-a göndərilən 1 milyon barrel Azərbaycan nefti tankerdə saxlanılır
17-01-2015 13:26 Həkimlərin də maaşı artacaq
17-01-2015 11:57 Azərbaycan valyuta bazarının həftəlik icmalı
16-01-2015 21:38 Neft Fondu nazirliyə pul verməkdən imtina etdi - 100 milyon
16-01-2015 17:07 Bakı sakinlərinə şad xəbər - UCUZLAŞACAQ - VİDEO
16-01-2015 12:38 Hansı evlərə sənəd veriləcək? – Sərəncama şərh
16-01-2015 10:49 İki qəpiklik ajiotaj naziri bitirə bilər - ANALİZ
16-01-2015 10:21 AMB-nin rəsmi valyuta məzənnələri
16-01-2015 10:13 Neft, qızıl, gümüş və səhmlər ucuzlaşıb
16-01-2015 09:44 Qızıl “dirilir” ?
15-01-2015 22:05 Neftin ucuzlaşması Azərbaycan üçün Rusiya qədər qorxulu deyil
15-01-2015 13:34 Bakı bankları boşaldılır? - ARAŞDIRMA
15-01-2015 10:25 AMB-nin rəsmi valyuta məzənnələri

Xəbər Lenti
Sorğu
Səs ver Nəticələr

Cəmiyyət Siyasət
Dünya Münasibət
Hüquq İqtisadiyyat
Hərb İdman
Araşdırma Analiz
Hadisə, Kriminal Top Secret
Mədəniyyət Maraq Dünyası
Mənəviyyat Uşaq Aləmi, Ailə
Sağlamlıq Foto
Video Tarix
Elm-Texnologiya
Valyuta.com

® 2009 FAKTXEBER.COM - Azerbaijan Online Internet Newspaper

Firefox 3.6+, GoogleCrome10+, Opera 9+, Macromedia Flash, 1360 x 768

Dərc olunan materilların mətninə görə, redaksiya heç bir məsuliyyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


Rss - Saytın Xəritəsi - Dizayn : AA Design

Faktxeber.az