Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

Yazar

10 Avqust

2017
17:17
837
Velosiped Federasiyası sürücülərə müraciət edib

Azərbaycan Velosiped İdmanı Federasiyası (AVİF) yığmanın sabiq üzvü Akif Abdullayevin avqustun 8-də velosipedlə hərəkət edərkən avtomobillə vurularaq dünyasını dəyişməsi ilə əlaqədar sürücülərə müraciət edib.

Qurumun rəsmi saytında yer alan açıqlamada bildirilir ki, sürücülərin ehtiyatsız davranışı bu cür faciəvi hadisələrə səbəb olur: “Yollarda velosipedçilərin hərəkəti “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının qanunu ilə tənzimlənir. Qanunda yolda hərəkət edən avtomobillərin və velosipedçilərin vəzifələrinin (Maddə 37. Mexaniki nəqliyyat vasitəsi sürücüsünün vəzifələri / Maddə 38. Velosipedçinin vəzifələri) açıq şəkildə göstərilməsinə baxmayaraq, əksər hallarda avtomobil sürücülərinin ehtiyatsız davranışı bu cür faciəvi hadisələrə gətirib çıxarır. Bununla əlaqədar olaraq, AVİF mexaniki nəqliyyat vasitəsi sürücülərindən “Yol hərəkəti haqqında Azərbaycan Respublikasının Qanunu”ndan irəli gələn tələblərə riayət etməyi, onlara nəqliyyatın tərkib hissəsi olan velosipedçilərə qarşı daha diqqətli olmağı xahiş edir”.

Qeyd edək ki, avqustun 8-də saat 22:00 radələrində Qaradağ rayonunun Lökbatan qəsəbəsində Bakı şəhər sakini Nicat Quliyev idarə etdiyi KİA markalı avtomobillə yolun hərəkət hissəsində velosiped sürən paytaxt sakinləri Akif Abdullayevi və Fidan Rəhimovanı vurub, idarəetməni itirdiyindən eyni istiqamətdə hərəkətdə olan Ceyhun Bəylərovun idarə etdiyi BMW markalı avtomobillə toqquşub. Nəticədə A.Abdullayev hadisə yerində ölüb, F.Rəhimovaya isə xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra buraxılıb.

Qaradağ Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.

Məqalədə : Velosiped xətti 
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


17-12-2017 15:55

ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru