Xəbər Lenti

Sorğu

Arxiv

İnfografika

06 Aprel

2017
10:50
255
V İslam Həmrəyliyi Oyunlarının keçiriləcəyi ölkənin adı müəyyənləşib

V İslam Həmrəyliyi Oyunlarını qəbul edəcək ölkə müəyyənləşib.  Bu barədə qərar Bakıda işə başlayan İslam Həmrəyliyi İdman Federasiyasının XXV Konqresində verilib.

Konfrans nümayəndələri növbəti Oyunların 2021-ci ildə Türkiyənin İstanbul şəhərində təşkilinə qərar veriblər. Bununla əlaqədar ölkənin idman naziri Akif Çağatay Kılıç da Azərbaycana gəlib.

Oyunların Türkiyənin hansı şəhərində təşkil olunacağına dair rəsmi açıqlamanın mətbuat konfransında veriləcəyi gözlənilir. Jurnalistlərlə görüşdə Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov, onun türkiyəli həmkarı Akif Çağatay Kılıç və İslam Həmrəyliyi İdman Federasiyasının prezidenti, Səudiyyə Ərəbistanı şahzadəsi Əbdül Məcid ibn Əbdüləziz Əl Səud qatılacaq.
Qeyd edək ki, IV İslam Həmrəyliyi Oyunları 12 - 22 mayda Bakıda təşkil olunacaq. (Report)

Orphus system Mətndə orfoqrafik səhv aşkar etdinizsə, həmin hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com