Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

29 Sentyabr

2016
09:19
1582
Uşaqlar gün ərzində nə qədər su içməlidirlər?

Mütəxəssislər bildirirlər ki, xüsusilə uşaqlarda qeyri-kafi su istehlakının fiziki və zehni fəallığa mənfi təsir edir. Yetkin bir şəxsin bədən ağırlığının 60 %-ni su meydana gətirir. Bu nisbət tez doğulan körpələrdə 83 % və zamanında doğulan körpələrdə 79 %-ə kimi müşahidə edildiyi halda, doğum sonrasının ilk 3 ayında 70 %-ə, 1 yaşında da 60 %-ə düşür. Su insan həyatı üçün böyük bir əhəmiyyət daşıyır. Çünki su, qidaları və oksigeni orqanlara daşımaq, bədən istiliyini tənzimləmək, maddələr mübadiləsini təşkil etmək, bədəndəki toksik maddələrin aradan qaldırılmasını təmin etmək və infeksiyalarla mübarizə aparmaq kimi bir çox əhəmiyyətli vəzifələr həyata keçirir.

İlk 6 ay su içirməyin

Milli.Az deyerler.org-a istinadən bildirir ki, mütəxəssislər körpəyə ilk 6 ay yalnız ana südü verilməsi lazım olduğunu bilirirlər. Bu müddətdə suyu nə qədər qaynatsanız qaynadın, içində olan mikroblar körpəyə asanlıqla keçə bilir. İlk 6 ay körpənin bədən müqaviməti aşağı olduğu üçün infeksiya xəstəliklərinə tutulma riski daha asan olur. Buna görə su istehlakına qatı qidalara keçiş edilən zaman başlamaq lazımdır.

 

Susuzluq körpəni narahat və əldən salmış olur

Qeyri-kafi su qəbulu uşaqlarda ishal və infeksiya xəstəlikləri kimi ciddi nəticələrə səbəb ola bilər. Üstəlik bədən ağırlığının 5 %-ə qədər su itkisi uşaqlarda hər hansı bir əlamətlə müşahidə edilmir. Bədən ağırlığının 10 %-ə qədər su itkisi vəziyyətində isə narahatlıq, dodaq və gözlərdə quruluq kimi hallar müşahidə edilir. Bədəndəki su itkisi 15%-ə çatdığında halsızlıq, baş gicəllənməsi, ürəkbulanma, qusma və gözyaşı azalması şəklində ifadə edilir. Tünd rəngdə sidik kifayət qədər su qəbul etməməyin əhəmiyyətli bir göstəricisidir. Normal su içən bir uşaqda sidik qoxusuz, açıq sarı rəngdə olur. Qeyri-kafi su istehlakı uzunmüddətdə görmə problemləri, şüur itkisi, hətta böyrək çatışmazlığı, şok və koma kimi hallara da səbəb ola bilər.

 

Qeyri-kafi su qəbulu zehni fəallığı azaldır

Mütəxəssislər qeyri-kafi su istehlakının yalnız fiziki deyil, eyni zamanda zehni fəallığı da azaltdığı və konsentrasiya pozuqluğuna gətirib çıxardığı xəbərdarlığını edirlər. Qeyri-kafi su istehlak edən uşaqların konsentrasiyaları düşür və öyrənmə qabiliyyətləri azalır. Bunun nəticəsində də dərslərində müvəffəqiyyətli ola bilmirlər.  

 

Hansı yaşda nə qədər su istehlak etməliyik?

Su istehlakı şübhəsiz hər uşağın yaşına, cinsiyyətinə, kilosuna, boyuna və fəaliyyət səviyyəsinə görə dəyişir. Ancaq yenə də hər uşağın mütləq lazım olan qədər su qəbul etmə miqdarı var. Bədəndə normal maye tarazlığının qorunması üçün qəbul edilməsi lazım olan maye ehtiyacı ya bədən səthinə görə hesablanır, ya da xərclənən kaloriyə görə gündəlik maye miqdarı təyin olunur. Məsələn, hər 100 kaloriyə 100 ml maye verilməsi normal qəbul edilir.

6 -12 ay arasında: 30 ml ilə 100 ml

1-3 yaş arasında: 1-3 litr

4-8 yaş arasında: 1-4 litr

9-13 yaş arasında: 1-2 litr

 

Nə vaxt su verməli?

Əgər körpə 6-12 aylıqdırsa, qatı qidalara başlandıqdan sonra hər 3 saatdan bir yeməkdən sonra su vermək lazımdır. Uşaq 1-5 yaş arasındadırsa, hər 2-3 saatdan bir yemək sonlarında 100 ml su verilməlidir. Yeməkdən əvvəl verilən su qarnın şişməsinə və qeyri-kafi qidalanmaya səbəb olur. Bu səbəbdən uşaqlara suyu yeməkdən sonra vermək faydalıdır.  

 

Təbii ehtiyacın ödənməsi tezliyini müşahidə etmək

Uşağın kafi su istehlak edib-etmədiyini anlamanın ən praktik yolu təbii ehtiyaclarının ödənməsi tezliyini müşahidə etməkdir. Əgər uşaq 2 saatdan bir ehtiyacını ödəyirsə, bu, bədənində kafi su olduğu mənasını ifadə edir. Körpələrə isə gündə 7 uşaq bezi istifadə edilirsə, bədəndə kafi su olduğunun əhəmiyyətli göstəricisidir.

Məqalədə : uşaq su 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru