Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

22 Dekabr

2016
13:43
601
Torpaq sürüşməsi olan ərazilərin elektron xəritəsi hazırlanıb - SİYAHI

Torpaq sürüşməsi təhlükəsi olan sahələrin elektron xəritələri hazırlanıb.

 

Eektron xəritələrdə Bakı şəhəri və Abşeron yarımadası da daxil olmaqla Azərbaycandakı təhlükəli sürüşmə sahələri yer alıb. Bakı və Abşeron yarımadasında – Masazır sürüşmə sahəsi (Nazim Əsədov küç.), Masazır qəsəbəsi II sürüşmə sahəsi (M. İbrahimov ilə C. Cabbarlı küçələrinin arasındakı ərazi), Binəqədi sürüşmə sahəsi (Binəqədi – Saray avtomobil yolunun sağ hissəsində Binəqədi qəsəbəsindən 300 m aralı məsafədə), Əhmədli I sürüşmə sahəsi (Gəncə prospekti, N. Tusi küç.), Xətai rayonu sürüşmə sahəsi (Gəncə prospekti 20), Bakı dairəvi – 1 magistral avtomobil yolunun 7-ci km-də sürüşmə sahəsi (Dövlət Yol Polisi İdarəsinin yaxınlığında), Bayıl sürüşmə sahəsi (Neftçilər prospekti, T. Bağırov küç.), N. Nərimanov prospekti döngəsi sürüşmə sahəsi (Y. Dağlı küç.), Park sürüşmə sahəsi (Parlament prospekti, M. Hüseyn küç.), Teleqüllə sürüşmə sahəsi (A. Məmmədov küç.), Qaraçuxur sürüşmə sahəsi (İ. Mustafayev küç.), Əhmədli-Günəşli arasındakı sürüşmə sahəsi  (S. Mehmandarov küç.), Əhmədli II sürüşmə sahəsi (Gəncə prospekti, Şıxlinski küç.), Zığ I sürüşmə sahəsi (H. Allahverdiyev, Xanlar, H. Aslanov, İ. Süleymanov küçələri), Zığ II sürüşmə sahəsi (Zığ şosesi), Badamdar (Badamdar şosesi), Badamdar uçqun sahəsi (Badamdar şosesi, O. Daşdəmirov küç), Badamdar yarğan əmələgəlmə sahəsi (Badamdar şosesi), Azərbaycanın rayonlarında – Ağsuda Dilman, Gürcüvan, Xatman, Kalva, Suraxanı, Cəlilabadda Sadatlı, Gədəbəydə Şahdağ, Göygöldə Dozular, Xızıda Xızı, İsmayıllıda Diyallı, Muğanlı – İsmayıllı avtomobil yolunun 2-11, 23-24, 27-29-cu km-liyi, Vaşa, Qobustanda Cəyirli, Poladlı, Qubada Güləzi, Küsnət, Quba-Xınalıq yolu, Quba-Qonaqkənd, Qusarda Qənərçay, Qusar-Sudur avtomobil yolunun 37-ci km-liyi, Urva, Lerikdə Veri-Əliabad, Lənkəranda Horavenç, Lənkəran-Lerik yolunun 17-19 km-liyi, Masallıda Güllütəpə, Şabranda Bakı – Samur avtomobil yolunun 120-ci km-liyi, Baş Əmirxanlı, Surra, Şamaxıda Bakı – Şamaxı magistral avtomobil yolunun 106-111-ci km-liyi, Bakı-Ağsu magistral avtomobil yolunun 132-156-cı km-liyi, Cabanı, Dədəgünəş, Qaravəlli, Muğanlı, Saqiyan, Tovuzda Qəribli sürüşmə sahələrinin elektron xəritələri hazırlanıb.

 

Elektron xəritələrdə sürüşmə sahələrinin sərhədləri, künc nöqtələrinin nömrəsi, sürüşmə kütləsinin hərəkət istiqamətləri, coğrafi koordinatları əksini tapıb.

 

Qeyd edək ki, bu il dekabrın 1-də imzalanan fərmana əsasən, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Əmlak Məsələləri Dövlət Komitəsi, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş torpaq sürüşməsi olan ərazilərin elektron xəritələrini bir ay müddətində, elektron xəritələrin isə həmin xəritələrin təsdiq edilməsindən sonra on gün müddətində rəsmi internet səhifələrində (ArcGİS proqramında mdb formatda) yerləşdirilməsini təmin etməlidir. (APA)

Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru