Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

Yazar

08 İyun

2017
14:53
5555
Terrorçuların İran Parlamentinə hücum videosu yayılıb - VİDEO

İyunun 7-də Tehranda törədilən terror aktı ilə bağlı terrorçuların hücum videosu yayılıb. Bundan əlavə İran təhlükəsizlik orqanları hücum edən terrorçuların kimliyini açıqlayıblar.

FaktXəbər-in məlumatına görə, hücum edənlərdən 5 nəfərin İŞİD-ə üzv olduqdan sonra Mosul və Raqqada terror əməliyyatlarında iştirak etdiyi açıqlanıb. Həmin şəxslər 2016-cı ilin avqust ayında Əbu Aişə adlı İŞİD komandirinin tabeleyində İrana daxil olaraq bir neçə terror aktları həyata keçirməyi planlaşdırıblar. Həmin dövrdə aparılmış əməliyyat zamanı qrup məhv edilib, komandirləri Əbu Aişə öldürülüb.

Təhlükəsizlik orqanları qruplaşmanın üzvlərinin ad və soyadları ictimai və təhlükəsizlik məsələlərinə görə açıqlamayıblar. Təkcə o bildirilib ki, terrorçular İran vətəndaşlarıdır. 

İranın təhlükəsizlik naziri Seyid Mahmud Ələvi terror hadisələrində yaralanan şəxslərə baş çəkərkən deyib ki, son iki ildə 100-dən çox terror layihəsi müəyyən edilib və zərərsizləşdirilib.  

Xatırladaq ki, Tehranda iyunun 7-də törədilən terror hadisələrində ölənlərin sayı 17 nəfərə çatıb. 

Məqalədə : İran 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


14-12-2017 08:22

ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru