Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

Sosial şəbəkədi səhifələrimizə abunə olun ki, başqa maraqlı xəbərləri qaçırmayasınız!

25 Mart

2019
10:24
811
İsrail lobbisinin toplantısı Vaşinqtonda etirazlarla başladı

İsrail tərəfdarı olan təşkilatların ən böyük toplantısı kimi qəbul edilən Amerika_İsrail Xalqla Əlaqələr Komitəsinin (AİPAC) bu gün Vaşinqtonda başlayan illik toplantısı3 gün davaç edəcək. Toplantıya 10 minlərlə insanın qatılması gözlənilir.

FaktXəbər-in "Anadolu" agentliyinə istinadən məlumatına görə, ABŞ Konqresində Cümhuriyyətçi və Demokrat qanadların da dəstəyini alan toplantıda ABŞ rəhbərliyinin Qüdsü İsrailin paytaxtı kimi tanıması və Qolan yüksəkliklərinin İsrail torpağı hesab edilməsi ilə bərabər İsrailin təhlükəsizliyi məsələsinin də müzakirə edilməsi gözlənilir.

ABŞ prezidenti Donald Trampa qarşı 2020-ci ildə keçiriləcək prezident seçkilərində Demokrat Partiyanın namzədlərindən olan senatorlar Elizabet Uarren, Kmala Harris, Beto O`Rourke və Berni Sanders AİPAC toplantısına qatılmayacaq.

Yaradıldığı 1950-ci illərdə ABŞ-da sadəcə kiçik lobbi qurupu kimi fəaliyyət göstərən AİPAC bu gün Konqresə hər il milyonlarla dollar maliyyə yardımı edir.

ABŞ-da siyasi ianələrin hesabatını aparan "Open Secret" saytında dərc olunan məlumatlara görə, AİPAC Cümhuriyyətçilərə nisbətən Demokratlara daha çox yardım edir.

Məqalədə : AİPAC 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Məhkəmə "Space"i 6 min manat cərimələyib

24

Aprel
16:36
HÜQUQ,HADİSƏ
166

Ölkədə benzin istehlakı artıb

24

Aprel
15:37
İQTİSADİYYAT
54
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


24-04-2019 21:57



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru