Sorğu

Kürdüstan referendumundan nə gözlənilir?

İraqın bölünməsi
Vətəndaş müharibəsi
Nəticəsiz qalacaq
Referendum keçirilməyəcək

Xəbər Lenti

İnfografika

Arxiv

13 İyul

2017
11:55
235
Sənaye məhsullarının istehsalçı qiymətlərində 50 faiz artım olub

2017-ci ilin yanvar-iyun aylarında 2016-cı ilin eyni dövrünə nisbətən sənaye məhsullarının istehsalçı qiymətləri 49,7 faiz, o cümlədən mədənçıxarma sənayesi üzrə 51,9 faiz, emal sənayesi üzrə 32,8 faiz, elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı üzrə 59,6 faiz, su təchizatı; tullantıların təmizlənməsi və emalı sahəsi üzrə isə 5,0 faiz bahalaşıb.

Bu barədə FaktXəbər-ə Dövlət Statistika Komitəsindən bildirilib.

2017-ci ilin iyun ayında may ayına nisbətən sənaye məhsullarının istehsalçı qiymətləri 6,0 faiz, o cümlədən mədənçıxarma sənayesi üzrə 8,0 faiz (xam neft və təbii qaz hasilatı üzrə 8,0 faiz, metal filizlərin hasilatı üzrə 1,7 faiz), emal sənayesi üzrə 0,4 faiz ucuzlaşıb.

Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı üzrə 2,2 faiz bahalaşıb, su təchizatı; tullantıların təmizlənməsi və emalı sahəsi üzrə isə istehsalçı qiymətləri sabit qalıb.

Ay ərzində emal sənayesində istehsalçı qiymətləri elektrik avadanlıqlarının istehsalı üzrə 7,7 faiz, ağac emalı və ağacdan məmulatların istehsalı üzrə 2,1 faiz, toxuculuq sənayesi üzrə 1,3 faiz, maşın və avadanlıqlardan başqa hazır metal məmulatlarının istehsalı üzrə 0,9 faiz, içki istehsalı üzrə 0,6 faiz, mebel istehsalı və kimya sənayesi üzrə 0,1 faiz bahalaşıb, metallurgiya sənayesi üzrə 3,9 faiz, tütün məmulatlarının istehsalı üzrə 3,6 faiz, rezin və plastik kütlə məmulatlarının istehsalı üzrə 3,5 faiz, tikinti materiallarının istehsalı üzrə 1,4 faiz, qida məhsullarının istehsalı üzrə 0,7 faiz, neft məhsullarının istehsalı üzrə 0,3 faiz, maşın və avadanlıqların istehsalı və dəri, dəridən məmulatların, ayaqqabıların istehsalı üzrə isə 0,2 faiz ucuzlaşıb. Emal sənayesinin digər fəaliyyət növləri üzrə istehsalçı qiymətlərində dəyişikliklər baş verməyib.

Məqalədə : sənaye məhsulları 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru