Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

27 Fevral

2019
12:21
3474
Əsir götürülən hindistanlı pilotun görüntüləri yayıldı - VİDEO
Pakistan ordusu Hindistan Hərbi Hava Qüvvələrinin ikinci pilotunu da əsir götürdüyünü açıqlayıb

Pakistan ordusu Hindistan Hərbi Hava Qüvvələrinə məxsus təyyarənin pilotunun görüntülərini yayıb. FaktXəbər bildirir ki, bu barədə "Radio Pakistan" sosial şəbəkəyə video yerləşdirib.

Görüntülərdə hindistanlı pilotun yaralı, gözləri və əllərinin isə bağlı olması öz əksini tapıb.

Bu arada Pakistan ordusu Hindistan Hərbi Hava Qüvvələrinin ikinci pilotunu əsir götürdüyünü açıqlayıb. Pakistan Silahlı Qüvvələrinin mətbuat xidmətinin rəhbəri, general-mayor Asif Qafur məlumatı təsdiqləyib.

Bu arada rəsmi İslamabad Hindistanla baş verən qarşıdurmalardan sonra ölkə ilə bütün hava məkanını bağlayıb.
Hindistan Hərbi Hava Qüvvələrinə məxsus döyüş təyyarəsi Cammu Kəşmir bölgəsində yerə düşüb. Pakistan tərəfindən vurulan digər təyyarə isə Hindistan ərazisinə düşüb.
 
Hindistan mətbuatının məlumatına görə, Hindistan hava məkanını pozan Pakistan Hərbi Hava Qüvvələrinə aid "F-16" döyüş təyyarəsi də Cammu Kəşmirin Novşera bölgəsində vurulub.

***

11:26 Hindistan ordusu Pakistan hərbi Hava Qüvvələrinə məxsus "F-16" qırıcısını vurduğunu açıqlayıb. FaktXəbər bildirir ki, bu barədə "The Times of İndia" məlumat yayıb.

Məlumata görə, Pakistan ordusuna məxsus "F-16" döyüş təyyarəsi Lam qəsəbəsi üzərində vurulub. Təyyarə vurulduqdan sonra katapult olunan pilotun taleyi barədə məlumat yoxdur.

***

10:31 - Pakistan ordusu Hindistan Hərbi Hava Qüvvələrinə məxsus iki təyyarəni vurub. FaktXəbər bildirir ki, bu barədə Pakistan Müdafiə Nazirliyi məlumat yayıb.

Kəşmirin hava məkanına daxil olan zaman vurulan təyyarələrdən birinin pilotu katapult etsə də, yerdə ordu qüvvələri tərəfindən əsir götürülüb.

"Pakistan hərbi hava qüvvələrinin zərbələrinə cavab olaraq bu gün səhər saatlarında Hindistanın HHQ hava sərhədini pozub. Pakistan Hərbi Hava Qüvvələri hava məkanını pozan iki Hindistana məxsus hərbi təyyarəni vurub. Təyyarələrdən biri Azad Kəşmir ərazisinə, digəri isə ərazi xəttinə düşüb",-deyə öz Twitter səhifəsində Pakistan Silahlı Qüvvələrinin mətbuat xidmətinin rəhbəri, general-mayor Asif Qafur yazıb.

Məqalədə : Pakistan 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Azərbaycanda şəkərli diabet xəstələrinin sayı artıb

17

Sentyabr
22:15
AİLƏ, SAĞLAMLIQ
221

Azərbaycan gömrüyündə MİLYONLUQ ƏMƏLİYYAT - FOTO

17

Sentyabr
20:56
HÜQUQ,HADİSƏ
223

Neft gün ərzində ikinci dəfə ucuzlaşdı

17

Sentyabr
20:04
İQTİSADİYYAT
188

Bir qrup mədəniyyət xadiminə fəxri adlar verilib - SƏRƏNCAM

17

Sentyabr
18:18
BÖLMƏNİ DÜZ SEÇ!
178

Türkmən qazı Azərbaycan ərazisindən keçə bilər

17

Sentyabr
17:00
İQTİSADİYYAT
223

Milanda hücum: 1 hərbçi yaralanıb

17

Sentyabr
16:24
DÜNYA
245

"Kedicik kralı"nın məhkəməsi başlayır

17

Sentyabr
16:23
DÜNYA
231

Qaxda qəza, 3 nəfər yaralandı

17

Sentyabr
15:57
HÜQUQ,HADİSƏ
221

SOCAR 400 şam ağacı əkdi

17

Sentyabr
15:38
ÖLKƏ
267
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


18-09-2019 09:08



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru