Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

31 Avqust

2017
12:13
941
Sabah nəhəng asteroid Yerin yaxınlığından keçəcək

Sentyabrın 1-də nəhəng «Florens» asteroidi   Yerin 7 mln km. məsafəsindən keçəcək. FaktXeber.com-un məlumatına görə, bu barədə NASA məlumat yayıb. Bildirilir ki, səma cisminin diametri 4,4 km-dir. Onun insanlıq üçün heç bir təhlükə daşımadığı vurğulanır: O Yerdən Aya qədər olan məsafədən 18 dəfə uzaqdan keçəcək. 

NASA-nın asteroidləri müşahidə proqramı başlayandan bəri ilk dəfədir ki, belə nəhəng asteroid Yerə yaxınlaşacaq"

NASA-dan verilən məlumata görə, bir çox asteroidlər «Florens»ə nisbətən Yerə daha yaxın məsafədən keçiblər, bunun belə, onlar ölçülərdə dəfələrlə kiçik olublar: «NASA-nın asteroidləri müşahidə proqramı başlayandan bəri ilk dəfədir ki, belə nəhəng asteroid Yerə yaxınlaşacaq».

«Florens»i müşahidə etmək üçün  Ruerto-Rikoda Aresibo radioteleskopundan, həmçinin Kaliforniyada NASA-nın radiolokatorlarından istifadə olunacaq.

Məqalədə : asteroid 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru