Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

Yazar

07 Avqust

2017
14:42
813
Sabahdan magistraturanın boş qalan yerlərinə ixtisas seçimi başlayır

Sabahdan ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarına boş qalan yerlərə ixtisas seçimi başlayır.

Dövlət İmtahan Mərkəzindən FaktXəbər-ə verilən məlumata görə, ixtisas seçimi 8 – 14 avqust tarixlərində həyata keçiriləcək.

DİM-in nəşr etdiyi "Magistr" jurnalının 6-cı nömrəsində 2017/2018-ci tədris ili üçün ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının magistraturalarının boş qalan yerlərinə qəbul haqqında elan, müsabiqə şərtləri, “Bakalavrın elektron ixtisaslaşma seçimi ərizəsi”ndə ixtisaslaşmaların seçilməsi və təsdiqi üçün təlimat, “Bakalavrın elektron ixtisaslaşma seçimi ərizəsi”nin nümunəsi, ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarının boş qalan yerləri olan ixtisaslaşmalarının siyahısı, magistratura səviyyəsinə dövlət sifarişi ilə qəbulun proqnozu və digər zəruri məlumatlar təqdim olunub.

Bakalavrların nəzərinə çatdırılıb ki, jurnalın bu nömrəsi, həm Azərbaycan, həm də rus bölməsi üzrə bir jurnalda – Azərbaycan dilində dərc edilib. Jurnalı “Abituriyent” satış köşklərindən, həmçinin kitab mağazalarından almaq olar. Bakalavrlar jurnalın elektron versiyasını (pdf formatında) DİM saytının "Elektron xidmətlər" bölməsində "DİM nəşrlərinin elektron versiyalarının onlayn satışı" xidməti vasitəsilə ödəniş etməklə əldə edə bilər.

Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


15-12-2017 14:24

ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru