Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

13 Fevral

2018
09:10
Saakaşvilini saçından tutub sürüyərək apardılar - VİDEO

Gürcüstanın eks-prezidenti və Odessanın sabiq qubernatoru Mixail Saakaşvili dünən Kiyevdə təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb. FaktXəbər-in verdiyi məlumata görə, Saakaşvilinin saxlanılma əməliyyatını maskalı və silahlı şəxslər həyata keçirib.

Siyasətçiyə məxsus Facebook səhifəsində qeyd olunub ki, o, hava limanına qədər döyülüb və artıq hərəkət edəcəyi təqdirdə atəş açılacağı ilə hədələnib.

Qeyd edək ki, Saakaşvili dünən yerli vaxtla 16.00-da Kiyevdən Polşaya uçub. Məlumat Ukrayna Dövlət Gömrük Xidməti tərəfindən təsdiqlənib. O, deportasiya yox, readmissiya edilib, yəni qeyri-qanuni tərk etdiyi ölkəyə qaytarılıb.

Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin
Məqalədə : Saakaşvili 
Mövzu üzrə xəbərlər
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


21-09-2018 07:58



  (+994 70) 870-47-49       (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com