Xəbər Lenti

Sorğu

Arxiv

İnfografika

18 Aprel

2017
09:28
342
İrəvan teatrının yaradıcısının nəvəsi Bakıya gəlmək istəyir

FaktXeber.com-un haqqin.az-a istinadla verdiyi məlumata görə, Ermənistan Dram Teatrının yaradıcısı, rejissor Qraçyi Kaplanyanın nəvəsi, teatr işçisi Aleksanyan David Arsenoviç "Ermənistan və Azərbaycan arasında sülh Platforması"na qoşulub və Bakını ziyarət etmək istədiyini bildirib.

"Mən bütün həmvətənlərimi nə vaxtsa qardaş olan Azərbaycanla sülhə dəvət edirəm. Dağlıq Qarabağ münaqişəsi regiona düşmənçilik və dağıntılar gətirdi. Bu səbəbdən Ermənistan və Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini, həmçinin iki dövlətin beynəlxalq qəbul olunan sərhədləri qorumaq şərti ilə münaqişənin tezliklə sülh yolu ilə həllini vacib hesab edirəm".

Aleksanyan həmçinin BMT TŞ-nın qəbul etdiyi qətnamlərin yerinə yetirilməsinin vacibliyini vurğulayıb.

"Bizim xalqlar nə vaxtsa mehriban qonşuluq əlaqələrində olublar, hansı ki çoxəsrlik dinc yanaşı yaşaması nəticəsində formalaşıb. Bunun ən yaxşı nümunəsi Ermənistanda məşhur İrəvan Azərbayan Dövlət Dram Teatrıdır. Çox təəssüf edirəm ki, münaqişənin həll olunmaması səbəbindən bu gün bizim xalqların bir-birləri haqqında təsəvvürləri ancaq müharibə konteksində formalaşıb. Mən insanların dinc yaşamasının və uzanmış münaqişənin sülh yolu ilə həllini dəstəkləyirəm.

Yuxarıda deyilən səbəblərə görə, mən bu dinc təşəbbüsü dəstəkləyir və əsas hədəfi Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli olan "Ermənistan-Azərbaycan Sülh Platformasına" daxil olduğumu elan edirəm", - deyə o bəyan edib.

Orphus system Mətndə orfoqrafik səhv aşkar etdinizsə, həmin hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com