Xəbər Lenti

Sorğu

Arxiv

İnfografika

31 Mart

2017
15:41
258
Rusiyada hərbi zavodun direktoru intihar etdi

FaktXəbər-in verdiyi məlumata görə, Rusiyanın Samara şəhərində yerləşən "Salyut" hərbi zavodunun direktoru intihar edib. Bu barədə "RİA Novosti" agentliyi məlumat yayıb. Məlumata görə, 77 yaşı Nikolay Porollo öz evində olarkən həyatına qəsd edib.

Hazırda hadisə yerində istintaq qrupu işləyir, intiharın səbəbləri hələlik məlum deyil.
 
"Salyut" hərbi zavodu 1941-ci ilin dekabrında Kuybışev mexaniki zavodunun bazasında yaradılıb. Müharibə zamanı qırıcı və bombardmançı təyyarələr üçün "İl-2" və zirehli korpus istehsal edib. 2005-ci ildən müəssisə "Taktiki raket silahlar" korporasiyasına daxil olunub..
 
Nikolay Porollo 1940-ci ildə Luqansk vilayətinin Artemovsk şəhərində anadan olub və "Salyut" zavodunda 1991-ci ildən baş direktor vəzifəsində çalışıb.

Orphus system Mətndə orfoqrafik səhv aşkar etdinizsə, həmin hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com