Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

06 İyul

2017
14:44
428
Rusiya Bakıdan səfirini geri çağırır? - Zaxarova cavab verib

Bu günlərdə bəzi Azərbaycan KİV-ləri xəbər yayıblar ki, Rusiyanın Bakıdakı səfiri Vladimir Doroxin geri çağırılacaq. Onu Georgi Zuyev əvəzləyəcək. Bildirilirdi ki, Dövlət Dumasının MDB işləri komitəsi Zuyevin səfir vəzifəsnə namizədliyini dəstəkləyib. Səfirin geri çağırılacağı haqda xəbər “İnterfaks”da yer alsa da hazırda həmin xəbər yığışdırılıb.

Bu gün Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova keçirdiyi brifinqdə səfirlə bağlı suala cavab verib. Zaxarova bildirib ki, diplomatların yerdəyişməsi XİN-in rotasiya qaydaları əsasında həyata keçirilir. “Hazırda planlaşdırılmamış heç bir rotasiya aparılmır, bütün yerdəyişmələr bu və ya digər namizədin Rusiya prezidenti tərəfindən təqdim olunmasından sonra müvafiq strukturlar arasında razılaşdırılaraq həyata keçirilir”-Zaxarova suala birbaşa cavabdan yayınaraq deyib./Virtualaz

Məqalədə : Vladimir Doroxin 
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru