Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

14 Mart

2017
12:20
896
Rusiya Qarabağ münaqişəsində ehtiyatlı mövqe tutur - Maksim Şevçenko

"Hazırda bütün sahələrdə - siyasi, iqtisadi, hərbi - mövcud olan ən mürəkkəb məsələ Qarabağ məsələsidir".

Bunu Rusiya prezidenti yanında vətəndaş cəmiyyəti və insan hüquqlarının inkişafı Şurasının üzvü, politoloq Maksim Şevçenko Bakıda keçirilən "Dağlıq Qarabağ münaqişəsi: mənşəyi, sülhməramlılıq və vətəndaş cəmiyyətinin rolu" mövzusunda beynəlxalq konfransda deyib.

Onun sözlərinə görə, Qafqaz, xüsusilə Cənubi Qafqaz tarixən böyük imperiyaların - Osmanlı, İran, Rusiya imperiyasının mübarizəsinin ortasında olub və tərəflərin hər biri bu ərazilərin ona məxsus olduğunu zənn edir.

Eyni zamanda, M.Şevçenko Qafqazın tərəflərdən birinin tabeliyinə verilməsinin qəbuledilməz olduğunu qeyd edib.

O, azərbaycanlıların min illərlə Dağlıq Qarabağ və Ermənistan ərazisində yaşamasına baxmayaraq, bu ərazilərdən qovulduğunu xatırladıb.

Onun sözlərinə görə, müasir Azərbaycan müharibəyə hazırlaşmır, bir sıra beynəlxalq tədbirlər keçirərək dinc həyat tərzi sürür.

"Ermənilərdə milli kapitala bu cür sərmayə yatırılması müşahidə olunmur. Bu isə qaçılmaz münaqişə üçün ilkin şərtdir. Onlar xaricdən nəsə istəməyə məcbur olurlar və bu, asılılığa səbəb olur", - rusiyalı ekspert bildirib.

M.Şevçenko Rusiyanın Qarabağ münaqişəsində ehtiyatlı mövqe tutduğunu vurğulayıb. Onun sözlərinə görə, bu gün Ermənistanda qeyri-sabit iqtisadi və siyasi vəziyyət mövcuddur və Ermənistan hökuməti də parlament seçkiləri ərəfəsində daxildən münaqişəni qızışdırır.

"Ermənistanda hakim partiya yalnız son vaxtlara qədər terrordan siyasi məqsədlərini həyata keçirmək üçün istifadə edən daşnaklarla ittifaq halında seçkilərdə qələbə qazana bilər. Beləliklə, bu gün Ermənistan müharibəni öz siyasi quruluşuna daxil edir və bu, bütünlükdə Qafqaz, eləcə də Rusiya üçün problemdir. Biz Qafqazda müharibə istəmirik", - deyə analitik bildirib.

Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru