Sorğu

Kürdüstan referendumundan nə gözlənilir?

İraqın bölünməsi
Vətəndaş müharibəsi
Nəticəsiz qalacaq
Referendum keçirilməyəcək

Xəbər Lenti

İnfografika

Arxiv

07 Aprel

2017
12:28
2662
Rusiya ABŞ-a cavab olaraq S-300 və S-400 raketlərini işə saldı

FaktXəbər-in verdiyi məlumata görə, Rusiya rəhbərliyi ABŞ ordusunun Suriyadakı hərbi bazanı vurmasından sonra Vaşinqtonla bağlanmış  memorandumu dayandırıb. Bu barədə Rusiya Xarici İşlər Nazirliyi bəyanat yayıb.

"Rusiya tərəfi insidentlərin qarşısının alınması və uçuşların təhlükəsizliyinin təmin olunması ilə bağlı Suriyada əməliyyatlar zamanı ABŞ ilə imzalanmış memorandumun fəaliyyətini dayandırır",-deyə bəyanatında bildirilir.
 
Qeyd edək ki, dünən gecə ABŞ ordusunun hərbi gəmiləri Suriyanın Homs şəhərində yerləşən "Əş-Şəyrat" aerodromuna 59 raket zərbəsi endirib.

Amerikanın bu addımından sonra rəsmi Moskva malik olduğu S-300 və S-400 zenit-raket komleksləri vasitəsilə Suriya ərazisində müdafiə təşkil edəcəyini açıqlayıb. Buna qədər zenit-raket kompleksləri ancaq Rusiyanın Suriya ərazisindəki bazalarını müdafiə edirdisə, artıq Kreml Suriyanın bütün ərazisində S-300 və S-400lərin müdafiə fəaliyyətinə keçəcəyini bəyan edib.

Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru