Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

01 Aprel

2017
12:06
1138
Rus bölməsinin abituriyentləri bu tarixdə ana dilindən imtahan...

Rus bölməsini seçmiş abituriyentlər üçün keçiriləcək “Azərbaycan dili” fənni üzrə test imtahanının I mərhələsində 6 150 abituriyent iştirak edəcək.  

APA-nın xəbərinə görə, “Azərbaycan dili” fənnindən test imtahanı iki dəfə – aprelin 9-da Bakı şəhərində və digər bölgə mərkəzlərində, iyunun 11-də isə yalnız Bakı və Naxçıvan şəhərlərində keçiriləcək.

Aprelin 9-da keçiriləcək ilk imtahanda iştirak etmək istəyən abituriyentlər martın 31-i saat 23:59-dək elektron ərizələrini təsdiq etməli idilər. Beləliklə, 9 aprel tarixində keçirilən imtahanda iştirak etmək üçün martın 31-i saat 23:59-dək 6 150 abituriyent ərizələrini təsdiq edib.

Ərizələrini aprelin 1-dən 10-dək təsdiq edən abituriyentlər iyunun 11-də keçirilən imtahanda iştirak edirlər. 

Система Orphus Mətndə orfoqrafik səhv aşkar etdinizsə, həmin hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru