Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

23 Aprel

2014
16:22
2233
Rusiyada YouTube, Facebook, Gmail və Skype qadağan edilə bilər

FaktXəbər-in verdiyi məlumata görə, Rusiyanın Dövlət Duması terror hədələrinə qarşı təhlükəsizlik tədbirlərinin sərtləşdirilməsi barədə qanun qəbul edib. Yeni qanun layihəsində informasiya texnologiyaları və mühafizəsi haqqında bəndlərə dəyişiklik olunub.

Belə ki, elektron rabitə istifadəçiləri üçün fəaliyyət göstərən şirkətlərdən altı ay ərzində göndərilən bütün mesajları saxlamaq tələb olunub. Bundan başqa yaddaşa verilən məlumatların Rusiya ərazisində saxlanılması da şərt kimi göstərilib.

Rusiya parlamentinin qəbul etdiyi qanunlar Gmail, YouTube, Facebook və Skype şəbəkələrinə şamil olacaq. Adı çəkilən şəbəkələr qəbul olunan qanunları pozacağı təqdirdə onların Rusiya ərazisində istifadəsinə qadağa qoyulacaq.

Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru