Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

23 Aprel

2014
12:54
911
Kerri Lavrovdan kömək istədi
Amerikalı nazir həmkarından Ukraynanın şərqindəki administartiv binaların boşaldılması üçün səy göstərməsini istəyib

FaktXəbər-in "Reuters" agentliyinə istinadən verdiyi məlumata görə, ABŞ Dövlət Departamentinin rəhbəri Con Kerri və Rusiyanın XİN rəhbəri Sergey Lavrov arasında yenidən telefon danışı olub. Con Kerrinin təşəbbüsü ilə reallaşan telefon danışığında amerikalı nazir həmkarından Ukraynanın şərqindəki administrativ binaların boşaldılması üçün səy göstərməsini istəyib.

Con Kerri bildirib ki, administrativ binalar hökumət rəsmilərinə qaytarılacağı təqdirdə, həbsdə saxlanılan separatçılar da azad ediləcək. Amerikanın xarici işlər naziri silahlı şəxslərin media nümayəndələrini həbs etməsindən də dərin narahatlığını Sergey Lavrova çatıdırb.

ABŞ-ın XİN rəhbəri həmçinin bildirib ki, Ukraynanın şərqindəki böhran diplomatik yollarla ATƏT və hökumət rəsmilərinin iştirakı ilə həllini tapmalıdır. Rusiyanın xarici işlər naziri isə öz növbəsində amerikalı həmkarına deyib ki, problemin həlli üçün Ukrayna hökuməti Cenevrədə əldə olunan razılaşmaların bəndlərinə əməl etməlidir. Ordunun əhaliyə qarşı güc istifadəsinin qarşısı kəsilməli, "Sağ sektor"un silahlanması dayandırılmalı və narazı kütlənin təqibinə son qoyulmalıdır.

Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru