Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

23 Aprel

2014
11:59
4845
AXCP-nin rayon təşkilatının sədri öldü

Zaqatala rayonunda ölümlə nəticələnən ağır yol qəzası baş verib. Yol qəzası bu gün səhər saat 06:10 radələrində Yevlax-Zaqatala-Gürcüstan magistral yolunun 122-ci kilometrliyində qeydə alınıb.

1985-ci il təvəllüdlü Balakən rayon sakini Ramin Musa oğlu Həsənov idarə etdiyi “Mercedes” markalı, 90 CK 276 dövlət nömrə nişanlı avtomobillə Balakən rayonu istiqamətində hərəkətdə olarkən idarəetməni itirərək maşını yolun kənarındakı ağaca çırpıb. Qəza nəticəsində avtomobildə olan sərnişinlərdən 1959-cu il təvəllüdlü Balakən rayon sakini Mehdilli Məhərrəm Nəriman oğlu aldığı ağır bədən xəsarətlərindən hadisə yerində dünyasını dəyişib. Sürücü Ramin Həsənov, digər sərnişinlər - Balakən rayon sakinləri, 1960-cı il təvəllüdlü Fikrət Amil oğlu Alqayev və 1962-ci il təvəllüdlü Fizuli Qaşım oğlu Xəlilov aldıqları müxtəlif dərəcəli bədən xəsarətləri ilə Zaqatala Mərkəzi Rayon Xəstəxanasına (MRX) yerləşdiriliblər.

Zaqatala MRX-dan APA-ya verilən məlumata görə, qəza nəticəsində xəstəxanaya daxil olanlardan Ramin Həsənov və Fizuli Xəlilovun vəziyyəti ağır, Fikrət Alqayevin vəziyyəti isə isə orta-ağır hesab edilir. Faktla bağlı Daxili İşlər Nazirliyinin (DİN) Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat bölməsində cinayət işi başlayıb, araşdırma aparılır.

***
Zaqatalada baş verən yol qəzasında dünyasını dəyişən və yaralanan şəxslərin AXCP-nin üzvləri olduğu məlum olub.

APA-nın məlumatına görə, qəza zamanı dünyasını dəyişən Mehdili Məhərrəm Nəriman oğlu AXCP-nin Balakən rayon təşkilatının sədri, xəsarət alan Fikrət Alqayev isə partiyanın məclis üzvüdür. Onlar Bakıdan toydan qayıdırmışlar.

Onu da qeyd edək ki, qəzada yaralanan F. Alqayev 2005-ci ildə “Azadlıq” blokunun Balakən rayonundan deputatlığa namizədi olub.

http://www.aznews.az/photos/7c83a6b5752e8b72b4bbf1e4e1b48acemehd.jpg

Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru