Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

16 Aprel

2014
12:39
3568
Masallıda tarixi abidələr dağılır

Masallı rayonunun Qızılağac kəndində tarixi abidə sayılan Kiçik” və “Böyük” hamamlar dağılmaq üzrədir. 

FaktXəbər-in verdiyi məlumata görə,Masallı rayonunun Qızılağac kəndində olan «Kiçik hamam» 18-ci əsrdə tikilib. Hamamın indi xarabalıqları qalıb. Bu hamama «Kərbalayi Nəsrulla hamamı» da deyiblər. Adamları hamama şeypurla çağırırlarmış. Adı çəkilən kəndin daha bir hamamı həcmcə böyük olduğundan ona «Böyük hamam» deyiblər. Kənd sakinlərinin dediklərinə görə, «Böyük hamam» Hacı Məmmədə məxsus olub. Buna görə də həmin hamama «Hacı Məmməd hamamı» da deyiblər.

1937-ci ildə hamamın sahibləri sürgün edildiyindən, hamamın fəaliyyəti dayandırılıb. 1949-cu ildə onun avadanlıqları sökülüb hərbi hissəyə aparılıb və orada hamam tikilib. Bu hamamdan qalan bircə tarix onun quyusu idi ki, o da son illərdə dağıdılıb.

2002–ci ilə kimi hamam işləsə də, sonradan maddi vəsaitin olmaması ucbatından hamamın fəaliyyəti tamamilə dayandırılıb. Hamamın hazırki vəziyyəti çox bərbaddır.

SalamNews-un nölgə müxbirnin məlumatına görə, Qızılağac bələdiyyəsinin sədri Mina Quliyeva hamamın həqiqətən də dağılmaq təklükəsi ilə üz üzə qaldığını təsdiqləyib. Bunun üçün bələdiyyə Masallı rayon İcra Hakimiyyətinə və Mədəniyyət və Turizm Nazirliyinə müraciət etdiyini bildirib.

Qızılağaclılar hamamı qoruyub, gələcək nəsillərə bir tarixi abidə kimi ötürmək istəyirlər.

Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru