Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

11 Aprel

2014
14:35
1281
İlham Mirzəyevin həbs xəbəri təsdiqləndi

Tanınmış teleaparıcı İlham Mirzəyevin saxlanıldığı barədə redaksiyamıza məlumat daxil olub.

Aparıcı ilə eyni binada yaşayan sakinlərdən daxil olan məlumata görə, bir neçə dəqiqə əvvəl polislər onu saxlayaraq aparıblar. Onu saxlayanların DİN Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları olduğu deyilir.

Polisin İ.Mirzəyevi niyə narahat edə biləcəyi haqda hər hansı məlumat öyrənmək mümkün olmayıb.

DİN mətbuat xidmətindən “Azadlıq”ın əməkdaşına teleaparıcının saxlanmasından məlumatsız olduqlarını deyiblər. /Azadliq.info/(13.16)

***

Azərbaycanda tanınmış teleaparıcı saxlanılıb.

Bu barədə APA-ya vəkil Cavanşir Süleymanov məlumat verib.

C. Süleymanov İ. Mirzəyevin Daxili İşlər Nazirliyinin (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində olduğunu bildirib: “Məndə olan məlumata görə, hazırda idarədədir”.

İ. Mirzəyevin vəkili Xanlar Ələkbərzadə isə teleaparıcının saxlanılması barədə məlumatı olmadığını deyib.

İ. Mirzəyev rəhbərlik etdiyi klinikanın fəaliyyətində yol verilən qanunsuzluqlarla əlaqədar saxlanılıb.

Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru