Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

Yazar

03 Aprel

2014
13:12
1934
Şəhərdən çıxarılacaq universitetlər və kasıb tələbələr
Məlahət Mürşüdlü:”Mövcud şərait maddi durumu aşağı olan tələbələr üçün ciddi problemlər yaradıb“

Bakının mərkəzində yerləşən İqtisad Universiteti, Dillər Universiteti, Slavyan Universiteti və Pedaqoji Universitet şəhərdən kənara köçürüləcək. Həmin ali məktəblərin Sumqayıt, Abşeron, Saray və Ceyranbatan ərazilərinə yerləşdiriləcəyi qeyd edilir. Bəs universitetlərin şəhərdən kənara köçürülərək bir istiqamətdə yerləşdirilməsi təhsilin keyfiyyətinə necə təsir göstərəcək? 

Mövzu ilə bağlı FaktXeber.com-a açıqlama verən Azad Müəllimlər Birliyinin sədri, təhsil eksperti Məlahət Mürşüdlü bildirdi ki, yeni inşa ediləcək universitetlər maddi-texniki təchizat baxımından müasir tələblərə cavab verəcəksə kifayət qədər müsbət addım olacaq. 

Universitet düşərgələrinin yaradılması ilə bağlı Avropa və Türkiyə təcrübəsinin olduğunu bildirən ekspert, “kitabxana və yataqxananın universitetlə bir çatı altında olması kifayət qədər müsbət bir haldır. Sözsüz ki, bu cür şərait tələbələrin təhsil keyfiyyətinin artırılmasına da ciddi şəkildə təsir göstərəcək” , - deyə qeyd etdi: “Belə ki, deyilən şərait yaradılacağı halda tələbələr əlavə vaxt itkisinə yol verməyəcəklər. Çünki kitabxana və yataqxana üçün başqa yerlərə getməyəcəklər. Lakin mövcud şərait maddi durumu aşağı olan tələbələr üçün ciddi problemlər yaradır. Çünki universitetdən çıxaraq qaldıqları yerə, kitabxanaya getmək kimi işlər artıq vəsait və vaxt tələb edir. Universitetlərin kampus şəklində bir çətir altında toplanması isə tələbələrin ciblərinə müəyyən dərəcədə xeyr verəcək. Digər tərəfdən isə universitetlərin şəhər mərkəzində paytaxtın yükünü ciddi şəkildə artırıb. Nəticədə şəhər əhalisinin gediş-gəlişi, istirahəti və nəqliyyatın gediş gəlişi ilə bağlı problemlər var. Ona görə də düşünürəm ki, yeni sistem deyilən problemlərin hamısının qarşısını alacaq.”

Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


15-12-2017 14:25

ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru