Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

16 Yanvar

2014
11:11
1188
Valideynlərin şəhərdən kənarda orta məktəb dərdi
Əlövsət Sadıqlı: “Ölkədə təhsilə olan münasibət kökündən dəyişməlidir”

“Övladlarını yaşadığı məntəqədə yerləşdiyi orta məktəbə qoymayıb, uzaq yerlərdəki təhsil ocaqlarına aparan valideynlərin sayı kifayət qədərdir. Bu bəzi hallarda yaşayış ünvanlarının dəyişməsi ilə bağlıdır. Lakin əksər hallarda valideynlər keyfiyyətli təhsillə əlaqədar belə bir seçim etməli olurlar.” 

Bu sözləri FaktXeber.com-a təhsil eksperti Əlövsət Sadıqlı valideynlərin övladlarının orta təhsil alması üçün yaşadıqları məntəqədən kifayət qədər uzaq məsafələrdə yerləşən məktəblərə aparmasına münasibət bildirərkən qeyd edib. 

Müsahibin sözlərinə görə, valideynlər şəhərdən uzaq bir məsafədə yaşasalar da, övladlarının şəhər məktəblərində oxumasının tərəfdarıdırlar: “Təbii ki, əksər orta məktəblərdə təlimin keyfiyyəti kifayət qədər aşağıdır. Lakin şəhər məktəblərində təhsilin səviyyəsi qismən də olsa qıraq məktəblərdən üstündür. Uzun məsafəni qət etmək məcburiyyətində olan şagirdlər isə həm enerji, həm də ki, vaxt itirirlər.” 

Problemin qarşısını inzibati şəkildə almağın mümkün olmadığını bildirən ekspert, “yeganə çıxış yolu yalnız təhsilin keyfiyyətinin qaldırılmasındadır. Bütövlükdə ölkədə təhsilə olan münasibət kökündən dəyişməlidir. Bunun üçün fundamental tədbirlərin görülməsinə ehtiyac var”, - deyə qeyd etdi: “Digər tərəfdən bütün sahələrdə olduğu kimi təhsil sahəsində də qəbul edilən qanunların icra problemi var. Qərar qəbul olunmasına baxmayaraq həmin qərarların icra mexanizmləri işləmir. Deyilənlərə əsasən təhsilin keyfiyyəti yüksəldilmədikcə, problemlər daha da dərinləşəcək.”

Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru