Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

Yazar

25 Dekabr

2013
21:49
2050
Mahir Şükürov `Qəbələ`nin oyunçusuna tüpürdü

Azərbaycan milli komandasının və “Neftçi”nin futbolçusu Mahir Şükürov barədə daha bir iddia ortaya çıxıb.

Adı tez-tez qalmaqallı olaylarda çəkilən Şükürovun premyer-liqanın XVII turunda “Qəbələ”nin braziliyalı futbolçusu Leonardo da Silvanın üzünə tüpürdüyü bildirilir.

Xəbərdə deyilir ki, Bakıda keçirilən və “İdman Azərbaycan” telekanalı ilə canlı yayımlanan oyun zamanı iki futbolçu arasında mübahisə yaranıb. Tərəflər arasında yaşanan gərginlik zamanı Şükürovun əcnəbi futbolçuya yaxınlaşdığı, Leonardonun isə rəqibi tərəfindən üzünə tüpürüldüyünü göstərmək üçün baş hakim Əliyar Ağayevə tərəf qaçdığı kameraların yaddaşına da düşüb.

Amma hakim həmin epizodda təhqir olunduğunu sübut etməyə çalışan əcnəbi oyunçuya məhəl qoymayıb. Bu epizod AFFA-nın İntizam Komitəsində də müzakirəyə çıxarılmayıb.

Qeyd edək ki, “Qəbələ” ilə oyunun 5-ci dəqiqəsində Şükürov qeyri-idman hərəkərinə görə sarı vərəqə almışdı. Braziliyalı futbolçu ilə münaqişə zamanı oyunun 78-ci dəqiqəsi gedirmiş və hesab bərabər imiş - 1:1.

Hakim həmin anda Şükürovu meydandan qovsaydı, “Neftçi” oyunu azlıqda davam etdirməli idi. Amma hakim 84-cü dəqiqədə “Qəbələ”dən Müşfiq Teymurovu meydandan qovub, Mahir isə 90+4-cü dəqiqədə cərimə zərbəsindən vurduğu qolla “Neftçi”yə vacib qələbə (2:1) qazandırıb.  

Onu da yada salaq ki, “Qəbələ” ilə oyundan sonra Mahirin sevinci uzun sürməyib.“Neftçi”nin müdafiəçisi həmin qələbəyə görə aldığı mükafatı bir gecənin içində itirib. Paytaxt klubunun kapitanı qələbədən sonra həm mükafatı, həm də yarım aylıq maaşını götürərək paytaxtdakı otellərdən birinə istirahətə gedib. Onun bu məkana kiminlə və niyə getdiyini qabardılmasa da futbolçu 25 min dolları maşında qoyub. Oteldən çıxdıqdan sonra futbolçu maşınının şüşəsinin qırıldığını və pulun oğurlandığını görüb.

Mahir polisə müraciət etməsə də bu işdə şübhələndiyi adamlar var. Belə ki, onun həmin gün maaş aldığını bir neçə nəfər bilirmiş. Futbolçunun bir neçə dəfə kiçik məbləğdə pulunun oğurlandığı da deyilir./Virtualaz

Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


16-12-2017 03:21

ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru