Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

24 Mart

2016
17:15
3670
Roma Papası ilə I Kirilin görüşünün sirli səbəbi - FOTO
Putinin müşaviri 1000 il sonra gerçəkləşən görüş haqda danışıb

Ötən ayın əvvəli Roma Papasının Meksikaya səfəri zamanı Kubada enərək, Rusiya Patriarxı Birinci Kiril ilə görüş keçirdi. XI əsrdən bəri Roma kilsəsindən ayrılan pravoslav kilsəsi Rusiyada formalaşdı. O vaxtdan bəri Qərb, yəni katolik kilsəsi ilə şərq kilsəsi sayılan pravoslavlar biri-birilərinə düşmən kimi baxırlar.

1000 ildən sonra baş tutan bu görüş həm tarixi, həm də ictimai-siyasi baxımdan önəmli sayılır. Görüşlə bağlı təəssüratını bölüşən Papa Fransis, “qarşımda qardaşımın olduğunu duydum. Kirilin özü də bunu söylədi. Biz kilsələr, beynəlxalq məsələlər və baş verən münaqişələrlə bağlı müzakirələr apardıq”, - deyə bildirmişdi.

Görüş barədə verilən məlumat sadəcə bundan ibarət idi.

Ekspertlər isə Papanın Latın Amerikası ölkələrinə səfəri ilə Rusiya patriarxının bu regiona getməsini və orada görüşmələrini təsadüfi hesab etmirlər. 

Rusiya dünyanın əsas güclərindən biri olaraq Qərbə, xüsusilə ABŞ-a düşmən olduğu aydındır. Bir sıra cəhətdən mövqelərinin sarsıldığını görən bu güc yeni bir ideologiya, yəni Avrasiyaçılıq nəzəriyyəsini özünə çıxış yolu seçib. Bu ideologiyanın əsasında fundamental mühafizəkarlığa söykənərək, modernizm və liberalçılığa qarşı mübarizə durur. Avrasiyaçılıq nəzəriyyəsinin əsas banisi isə Rusiya prezidentinin ən yaxın müşaviri,  Putinin “ikinci ağlı” kimi tanınan Aleksandr Duqindir.

Aleksandr Duqin isə 1000 ildən sonra baş tutan görüş barədə fikirlərini belə açıqlayıb: “Bu gün beynəlxalq aləmdə baş verən qarşıdurmaların əsas səbəbi həqiqi İslamın bir cəbhədə, təhrif olunmuş İslam ilə şeytanlaşan Qərbin digər tərəfdə qərar tutmasıdır. Bu qarşıdurmalar getdikcə dünyada iman və küfrün cəbhələrinin yaranmasına gətirib çıxaracaq. Biz dəqiqliklə bunu gözləyirdik. Gözləyirdik ki, həqiqi xristian dünyasında bəziləri səfir kimi gedərək dünyada yaşıl işığı yandıracaq. Qərbin bütün səyi isə bunun (birliyin və həqiqi xristianlığın yayılmasının) qarşısını almaqdır. Fikrimcə, 1000 ildən sonra gerçəkləşən iki kilsə rəhbərlərinin görüşü də buna hesablanıb. Yəni Qərb çalışır ki, qarşı cəbhənin yaranmasının qarşısını alsın.

Modernizm şeytandır. Qərb mədəniyyəti isə şeytanın ata yurdudur. Biz xristianlar Təmid qüsulu alarkən üzü Qərbə tərəf duraraq, 3 dəfə şeytanı rədd edirik. Bu isə Qərbin rəddi deməkdir.

Bizim həqiqi İslamla birlikdə müştərək düşmənimiz var. Təkcə siyasi və ideoloji baxımdan deyil, bu məsələ metafizikaya söykənir. Biz Qərbi rəqib yox, Dəccal (axır zamanda peyda olan şər qüvvələrinin başçısı) sayırıq. Bu axır zamanın əlamətlərindəndir. Bütün bunlar bizim dini qaynaqlarımızda mövcuddur. Həqiqi pravoslav xristianlarının Qərb liberalizmi ilə qarşıdurmasını sonuncu döyüş kimi tanıyırıq.

İki kilsənin liderlərinin görüşü barədə onu deyə bilərəm ki, mən I Kirili yaxında tanıyıram. Onun məqsədi katoliklərlə (şər qüvvələrin mənafiyini təmin etmək üçün) birləşmək deyil. Əksinə, o çalışır ki, katolik kilsəsində anti-Qərb və anti-lebralizm meyllərini artırsın. Kubada görüşün baş tutması da buna hesablanmışdı. Çünki patriarx çalışırdı ki, bu görüş Qərbə düşmən sayılan bir ölkədə gerçəkləşsin.”

Məqalədə : Roma Papası I Kiril 
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru