Xəbər Lenti

Sorğu

İnfografika

Arxiv

19 Aprel

2017
11:56
494
İçərişəhərdə aparılan tikintiyə münasibət bildirildi - FOTO

“İçərişəhər” Dövlət-Tarix Memarlıq Qoruğu İdarəsi Qala divarlarına aid tikintinin aparılması barədə yayılmış məlumat və fotoşəkillərə münasibət bildirib. İdarədən verilən məlumata görə, İçərişəhər ərazisində olan digər abidələrdə bərpa və konservasiya işlərinin həyata keçirilməsi davam etdirilir. 

“Hazırda İçərişəhərin ölkə əhəmiyyətli abidəsi olan Qoşa Qala qapısının portalı üzərində, eləcə də Qala divarlarının sağ və sol istiqamətlərində bərpa-gücləndirmə işləri aparılmaqdadır. Bununla yanaşı, sözügedən ərazidə və Qala divarlarına heç bir zərər yetirmədən qoruq ərazisində yerləşən abidələr, muzeylər və digər obyektlər barədə çoxsaylı ziyarətçilərlə turistlərə daha da keyfiyyətli və geniş çeşiddə xidmətlərin göstərilməsi (muzey biletlərinin, xəritələrin, turların, suvenirlərin, çap məhsullarının və s. satışı) və qonaqlara məlumatların verilməsi məqsədilə geniş Turist Məlumat Mərkəzinin yaradılması nəzərdə tutulub. Bu tip məlumat məntəqələrinin quraşdırılması müasir beynəlxalq təcrübəyə uyğun olaraq, irimiqyaslı tədbirlərin təşkili sahəsində zəngin təcrübə toplamış ölkəmizin bu il ev sahibliyi edəcəyi iki böyük idman yarışı - 12-22 may tarixlərində keçiriləcək Bakı 2017 İslam Həmrəyliyi Oyunları və “Formula-1” üzrə dünya çempionatının növbəti mərhələsi – Azərbaycan Qran-Prisi yarışları zamanı minlərlə yarış iştirakçısı, idman mütəxəssisi, qonaqlarla yanaşı bu oyunları izləmək, həm də istirahət etmək üçün ölkəmizə gələcək yüz minlərlə turistin vaxtlarının səmərəli keçirməsi və Azərbaycanın, o cümlədən İçərişəhərin gözəlliyini bütün dünyaya nümayiş etdirmək baxımından artıq dərəcədə önəmlidir. KİV nümayəndələrindən yoxlanılmamış, qeyri-peşəkarlar tərəfindən şəxsi məqsədlərlə yayımlanan və həqiqətə uyğun olmayan məlumatların paylaşmamasını xahiş edirik”, - deyə, idarədən bildirilib.

Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM - Azərbaycan Onlayn Xəbər Portalı

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


ƏLAQƏLƏR

  (+994 70) 870-47-49      (+994 55) 786-96-84

  [email protected]


Valyuta.com


Рейтинг@Mail.ru